Məhkəmə qərarları › İş №3(003)-2349/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2349/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2349/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən "xxxx" MMC-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malik olduğu "xxxx" MMC-yə yazılı olaraq bildiilmişdir. Yazılı sorğuda qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107 və ya mailto:demx_bshi@sosial.qov.azElektron ünvan elektron poçt ünvanına) təqdim edilməsi xahiş olunmuşdur: Əmək haqlarının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı, son 12 ay üzrə), Son haqq-hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı), Vətəndaşın müraciəti iə bağlı cavab məktubu. Lakin "xxxx" MMC cavab məktubunda məlumatları təqdim etməmiş, yalınız oktyabr ayında, məhkəməyə protokol daxil olduqdan sonra sorğudakı məlumatları təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X4 izahatında bildirdi ki, "xxxx" MMC ərazi üzrə köçdüyündən onun arxivində qarışıqlıq yaranmışdır. Buna görə də tələb olunna zəruri məlumat və sənədlər vaxtında təqdim edilə bilməmişdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54875/2025 saylı sorğusuna əsasən "xxxx" MMC tərəfindən zəruri məlumatlar və sənədlər 7 iş günü müddətində təqdim edilmədiyinə görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54875/2025 saylı sorğusundan görünür ki, X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına ünvanladığı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malik olduğu "xxxx" MMC-yə yazılı olaraq bildiilmiş, Yazılı sorğuda qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107 və ya mailto:demx_bshi@sosial.qov.azElektron ünvan elektron poçt ünvanına) təqdim edilməsi xahiş olunmuşdur:

1. Əmək haqlarının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı, son 12 ay üzrə); 2.Son haqq-hesabın hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və ya ödəniş tapşırığı); 3.Vətəndaşın müraciəti iə bağlı cavab məktubu. - "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, məktubda arxiv sənədlərinin çox olması səbəbindən sorğudakı məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. - "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17- 5/2-54875/2025 saylı sorğusu xx.xx.2025-ci il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-54875/2025 saylı sorğusu - "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli cavab məktubu ilə cavablandırılmış, yəni tələb olunan məlumatlar 7 iş günü müddətində tələb olunmasına baxmayaraq, 3 aydan artıq müddət keçdikdən sonra təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-nin 18-ci maddəsinə əsasən hüquqi şəxs idarə tənbeh yalnız hakim tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar