Məhkəmə qərarları › İş №3(003)-2351/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2351/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2351/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər Rayon Məhkəməsini hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair **8**-**421/23 saylı, 3* avqust 2*23-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC kommersiya fəaliyyəti ilə əlaqədar İtaliya Respublikasında fəaliyyət göstərən “REPELL S.R.L” şirkəti ilə 17 aprel 2*19-cu il tarixli, 2*19/*4/17-1 nömrəli müqavilə bağlayıb “İribuynuzlu malqaranın gönlərindən dəri” adlı yükü konsiqnasiya yolu ilə 547*,6* ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannamələrinin 2*-ci qrafasında malların “**3-kansiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə” keçirilmə xüsusiyyətindən bəyan edərək Azərbaycan Respublikasından İtaliya Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin 24.*6.1997-ci il tarixli 6*9 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 18* (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda hesablarına köçürülməsini təmin etməli olduğu halda *1192****28*41 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərinin bir hissəsini qaytarmayaraq, milli valyutaya nisbətdə 547*,6* manat təşkil edən 3218,52 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təminm etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının mjüvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1**.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 1**.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 1**.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 1*6.*.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi barədə məsələləri həll edir. Göründüyü kimi tərtib edilmiş protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin tərtib edilmiş protokolun surətini almaq hüququ vardır. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokolu almaqdan və imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Lakin inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına rəsmi olaraq göndərilməsinə dair mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1*9.1.6-cı maddələsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edirəm və belə qənaətə gəlirəm ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 1*9-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2*19-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 1*9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 1*9-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov İş № 3(**3)-2351/2*23 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə 17 oktyabr 2*23-cü il tarixdə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:4*-da başlandı. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:45-də qurtardı. Protokol 17 oktyabr 2*23-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar