Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2358/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, 19 iyun 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan H/H saylı ünvanında qeydiyyatda olan X3 X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31067285 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31067285 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə şikayətlə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, "HYUNDAİ AZBRA MlNlK” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyəti ona məxsusdur, həmin mülkiyyət əsasında da idarə edir. xx.xx.2025-ci il tarixli, EQ31067285 saylı protokol üzrə inzibati tənbeh vermə haqqında qərarını yalnız sms radar sistemi ilə əldə etmişdir. Sms radar sistemindən də göründüyü kimi hadisə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi ərazisində baş vermişdir. Məlumat üçün qeyd etmişdir ki, illər əvvəl qardaşına etibarnamə versə də avtomobilin həm mülkiyyətçisidir. O, yol hərəkət qaydalarını bir neçə illərdir ki, pozmamışdır. O, 44 günlük "Vətən Müharibəsi"-nin iştirakçısı kimi qazidir. Əlilliyi ilə bağlı məhkəmə qərarı da mövcuddur. Hesab edir ki, qeyd olunan qərar əsassızdır. Belə ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi ərazisində o, dayanma durma yol hərəkət nişanlarının olmadığı yerdə avtomobilimi saxlamışdır, yolun hərəkət hissəsində və kənarında saxlamamağına baxmayaraq əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 2 bal və 80 manat cərimə olunmuşdur. Təqdim etdiyim fotoşəkillərdən də göründüyü kimi avtomobilimin saxladığım ərazi ümumiyyətlə yol deyil, avtodayanacaqdır. Bundan həmin ərazi iki binanın arasında yerlşən boşluqdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cii maddəsinə görə Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam VƏ obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1.inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3.şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4.şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5.inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6.bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9.Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.0.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.0.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Belə ki, şikayətə əlavə edilmiş 03 oktyabr 2025-ci il tarixli EQ 31067285 saylı qərardan görünür ki, X2 barəsində tərtib edilib, lakin həmin qərardan məhkəməyə şikayət verən şəxs isə X4r. Belə olan halda nə qədər ki, Ağa Məmmədovun barəsində qərar qəbul edilməyib, məhkəmə hesab edir ki, onun tərəfindən başqası (Hüseyn Məmmədov) barəsində qəbul edilmiş qərardan şikayət verilə bilməz. Başqa sözlə desək Hüseyn Məmmədovun barəsində qəbul edilmiş qərardan şikayəti Hüseyn Məmmədov və ya onun vəkili və nümayəndəsi verə bilər. İş materiallarından görünür ki, Hüseyn Məmmədov barəsində tərtib edilmiş qərardan X5 tərəfindən verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazır ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132- ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin EQ 28223528 saylı 28 may 2025-ci il il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi haqqında şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2358/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2358/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver