Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2359/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən 29 avqsut 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə inzibati xəta haqqında № 00800-00416/23 saylı protokola əsasən Şəxs MMC (VÖEN: **********) xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Belə ki, həmin protokoldan görünür ki, Şəxs MMC ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair taqdim olunan xx.xx.2018- ci il tarixli, **********0269 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən Almaniya Federasiyasına "X3" adlı idxalatçının ünvanına konsiqnasiya yüklər ixrac edilmişdir. Lakin, ixrac edilən yolu ilə "Qara metaldan örtük çəkilmiş yivli çubuqlar malın müqabilində 320.57 ABŞ dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, həmin xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Məhkəmənin 22 sentyabr 2023-cü il tarixli iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş aidiyyət qaydalarına riayət edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs MMCnin ünvanı AZ 1010 ünvan 1 İXM-nin 110.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə göndərilmədiyindən, aidiyyət qaydalarının pozuntusunun aradan qaldlırılması məqsədilə həmin iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 3(003)-2359/2023 saylı iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2359/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2359/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver