Məhkəmə qərarları › İş №3(003)-2363/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2363/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2363/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 28 avqsut 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında № 00800-00390/23 saylı protokola əsasən Şəxs MMC (VÖEN: **********) xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Belə ki, həmin protokoldan görünür ki, Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Çin Xalq Respublikasında fəaliyyət göstərən "X2 Co.LTD" şirkət ilə xx.xx.2019-cu il tarixli, 0683-4 nömrəli müqavilə bağlayıb "tütün bəkməzi" yükünü konsiqnasiya yolu ilə 6303.50 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannamələrinin 20-ci qrafasında malların "003-konsiqnasiya yolu ilə mal ixracı zamanı malin dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə" keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2019-cu tarixli **********4088 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərininin bir hissəsini qaytarmayaraq, milli valyutaya nisbətdə 10.715,95 manat təşkil edən 6303.50 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Məhkəmənin 22 sentyabr 2023-cü il tarixli iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş aidiyyət qaydalarına riayət edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs MMCnin ünvanı AZ 5000 ünvan 1 110.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə göndərilmədiyindən, aidiyyət qaydalarının pozuntusunun aradan qaldlırılması məqsədilə həmin iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 3(003)-2363/2023 saylı iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar