Məhkəmə qərarları › İş №3(003)-2366/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2366/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2366/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 29 avqust 2023-cü il tarixli, EP №0121229 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs Şəxs MMC xx.xx.2017-ci il tarixli **********6157 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə 833.32 ABŞ dolları (1416.644 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixli **********6157 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə 833.32 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 29 avqust 2023-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00800-00415/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair təqdim olunan xx.xx.2017-ci il tarixli **********6157 sorğu nömrəli gömrük bəyənnaməsinə əsasən Almaniyaya “X1 GMBH” adlı idxalatçının ünvanına konsiqnasiya yolu ilə “qulaqcıqlar və baş telefonları” adlı yük ixrac edilmişdir. Lakin ixrac edilən malın müqabilində 833.32 ABŞ dolları məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, həmin xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilmişdir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Həmin Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta Şəxs MMC tərəfindən həmin hüquqi şəxsin ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokoldan həmçinin görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ 1012 , ünvan 1 məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin müddəalarını, yəni inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə baxılması bağlı tələblərinin rəhbər tutaraq və Şəxs MMC-nin hüquqi ünvanının ünvan 2r ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli, EP №0121229 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar