Məhkəmə qərarları › İş №3(003)-2372/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2372/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2372/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs 21 iyul 1993-cü il tarixdə Astara rayonunda doğulmuş, evli, fərdi əmək fəaliyəti ilə məşğul olan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.1, 332.2, 342.1.3 və 342.9-cu maddələri ilə Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:47-də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsinə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə, idarə etdiyi “Mersedes-Benz 408D mikroavtobus” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğulardan istifadə etməsinə, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə saxlanılmışdır. Bununla əlaqədar Xəzər RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis leytenantı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1, 332.2, 342.1.3 və 342.9-cu maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Xəzər RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Xəzər RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasıda iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, “Mersedes- Benz 408D mikroavtobus” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmişə onda olur, maşının üstünə uşaqlardan kimsə zarafatla karton qoyub, kimsə də zarafatla çəkib sosial şəbəkədə - “Tik-tok”da paylaşıb, o isə maşının xarici görkəminə fikir verməmişdir. Buna görə də yol polisi əməkdaşları onu saxlayıb idarə etdiyi həmin maşını cərimə meydançasına aparmışlar. Qanunlara həmişə hörmət edir, əvvəllər inzibati xəta törətməmişdir, bir də belə əmələ yol verməyəcəkdir. Özü Vətən müharibəsi iştirakçısıdır, xx.xx.2020-ci il tarixdə yenidən hərbi xidmətə çağırılmış, “Qubadlının və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir, uzun müddətdir ki, nevroloji xəstədir, müalicə olunur, evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs idarə etdiyi “Mersedes-Benz 408D mikroavtobus” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşının dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğulardan istifadə etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır, “Qubadlının və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir, uzun müddətdir ki, nevroloji xəstədir, müalicə olunur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs törətdiyi əməli etiraf edərək peşman olması, Vətən müharibəsi iştirakçısı olması, “Qubadlının və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsi, nevroloji xəstə olmaqla müalicə olunması, himayəsində bir azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin hissədə Şəxs əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 332.2 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi barədə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Xəzər RPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar