Məhkəmə qərarları › İş №3(003)-2376/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2376/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2376/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər X5 İdarəsinin YPX inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Bakı şəhər X5 İdarəsinin YPX inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ilə Qala qəsəbəsindən Koroğlu metrosu istiqamətinə hərəkətdə olarakən, onu idarə etdiyi ** JC *** DQN-lı “BMC Procity 12M CNG” markalı sərnişin avtobusu YPX inspektoru X4 tərəfindən saxlanılaraq, Aeroport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğunu, nişanın tələbini bildirirək barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Barəsində tərtib edilmiş protokol və qərar inspektor tərəfindən ona təqdim edilməmişdir. İnspektora dəfələrlə izah etsədə ki, o, heç bir qayda pozmamış, inspektor onu dinləmədən barəsində protokol tərtib etmişdir. İnspektorun sözlərinə görə, H.Əliyev prospektinin, Suraxanı rayonuna giriş hissəsində, yəni Buta Palace adlanan yerdən avtobusların Ramanı qəsəbəsi istiqamətinə dönməsi üçün 4.1.2 nişanı var. Həmin nişana əsasən avtobusların hərəkəti Ramanı qəsəbəsi ərazisindən təşkil edilməlidir. Lakin, o, idarə etdiyi avtobusun “Q1” xətt üzrə express avtobus olmasını və yalnız iki dayanacağın olmasını, prospekt üzrə heç bir dayanacaqda dayanmadığını deyib, prospektdə hərəkət edən digər mülki avtobuslardan fərqi olmadığını bildirsə də, 4.1.2 nişanının sərnişin avtobusuna aid olmadığını qeyd etsədə inspektor onu dinləməmişdir. Qeyd edilən nişan müntəzəm dayancaqlar üzrə hərəkət edən sərnişin avtobusları üçündür. Prospekdə əvvəllər sürət 110 km/s olduğundan, hərəkətin təhlükəsizliyini avtobusların prospekt boyunca dayanmamasını və orada dayanacaqların olmamasını, eyni zamanda sərnişinlərin prospektə daxil olmamasını nəzərə alaraq bütün sənişin avtobuslarını qeyd edilən ərazidən Ramanı qəsəbəsi istiqamətinə yönəldirlər. Lakin, onun idarə etdiyi “Q1” xəfti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə Koroğlu nəqliyyat mübadilə mərkəzindədir. Onlar express olduqlarından 1-ci dayancaqda sərnişinlərini götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2ci dayanacaq istiqamətində hərəkət edirlər. Bakı şəhərində fəaliyyət göstərən hər bir daşıyıcıya məxsus sərnişin avtobuslarının fəaliyyət göstərdiyi marşrut xəttləri Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir. Həmin marşrut xəttlərinin pasportları qeyd edilən agentlik tərəfindən təyin edilir. Həmin pasortlarda marşrut hərəkət cədvəli və marşrut sxemi öz əksini tapır. İstər daşıyıcı, istərsə də sürücü ona əvvəlcədən təyin edilmiş marşrut xəttindən kənara çıxa bilməz. Bu həm Agentlik tərəfindən nəqliyyatın intelektual idarə edilməsi tərəfindən, həm də daşıyıcının online izləmə şöbəsi tərəfindən izlənilir. Sürücü avtobusa əyləşdiyi zaman, avtobuslarda quraşdırılmış sistemə öz kodunu və marşrutun nömrəsini daxil etdiyi zaman, manitorda onun üçün müəyyən edilmiş və icazə verilmiş marşrut xəttinin yolu əks olunur. Sürücü gpsdə əks olunan yolu sürmək məcburiyyətindədir. Çünki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən: 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür, 3.1.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir, 3.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir, 3.1.4. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. Qeyd etdiyi kimi “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin pasportunda hərəkətləri prospekt boyu əsas yolnan qedy edilib. Belə ki, Bakı Nəqliyyat Agentliyinin S-00008N-li, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “Q1” xəttinin marşurut BNA tərəfindən təsdiqlənib. Həmin marşurut pasportuna, yəni sxemə əsasən “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayancağndan B dayanacğının arasındakı məsafə 32.9 km , əks istiqamətdə isə B dayanacağından A dayancağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan Koroğlu nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. Bundan əlavə,qeyd edilən yol ayrıcında məcburi hərəkət nişanı 4.1.2 (Sağa hərəkət) nişanı və heç bir yerdə olmayan və 7.4.4 nişanı var. Halbuki 4.1.2 nişanı ilə 7.4.4 nişanın bir yerdə tətbiq olunması qanunsuzdur. Yol hərəkəti haqqında qanunun 65-ci madəsinin, 3-cü bəndinə əsasən. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. “Q1” saylı marşrut xəttinin səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş marşrut sxemini və Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununa nəzərə alaraq bildirir ki, ona tətbiq edilmiş TP TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Bakı şəhər X5 İdarəsinin YPX inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, nizamnaməyə əsasə o, orada dayanacaq olaraq dayanmalıdır. Lakin əsas olaraq həmin gün dövlət tədbiri ilə əlaqədar yol bağlı olduğuna görə yol polisinin göstərişi ilə o, öz hərəkət marşurut xəttindən əsas yola çıxmaq məcburəyyətində qalmışdır. Hesab edir ki, heç bir əsas olmadan barəsində qanunsuz və ədalətsiz olaraq qərar qəbul edilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş edir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə poses iştirakçısının izahalartını dinləyib, şikayəti araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP5648306 saylı protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddə ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 40 (qırx) manat miqdarında cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Q1 nömrəli şəhərətrafı marşrutun sxemindən görünür ki, “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayancağndan B dayanacğının arasındakı məsafə 32.9 km, əks istiqamətdə isə B dayanacağından A dayancağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan Koroğlu nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. İş materiallarından görünür ki, əlavə N-1 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi ilə Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti təmin edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, X2 "xxxx" MMC-də avtobus sürücüsü işləyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 135.1.3 cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhər X5 İdarəsinin xx.xx.2023cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətanı törətmədiyini qeyd edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məlum olmuşdur ki, sürücü F.Ağayev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinə və Q1 nömrəli şəhərətrafı marşrutun sxeminə uyğun hərəkət etmişdir. İnzibati xəta hadisəsinin mövcudluğunu göstərmək üçün səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş hallar kifayət qədər olmamış, əldə olunan məlumatlarda X1 əməlində inzibati xətanın əlamətlərinin olması və onun barəsində inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün kifayət qədər əsasların olması səlahiyyətli vəzifəli şəxs tərəfindən tam yoxlanılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3 cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Bakı şəhər X5 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilməli, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 99, 134, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ : Bakı şəhər X5 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar