Məhkəmə qərarları › İş №3(003)-2377/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2377/2024

21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2377/2024 21.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Xəzər Rayon Polis İdarəsi Dövlət X10 polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Astara rayonunun Deqədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Xəzər Rayon Polis İdarəsi Dövlət X10 inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək X2 inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati potokolu tərtib etmiş Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin Dövlət X10 inspektoru, polis mayoru X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində, Əli İsazdə küçəsi, Binə sovxoz deyilən ərazidə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Mercedes Benz” markalı mirkoavtobusu idarə edərkən işıqforun qırmızı işığında hərəkəti davam etdirmiş və bu zaman yaşıl işıqda hərəkətdə olan “Mercedes Benz” markalı avtomobil ilə toqquşmuşdur. Nəticədə bədən xəsarəti alan olmasa da, digər avtomobilə maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, Şəxs idarə etdiyi “Mercedes Benz” markalı mirkoavtobusa dair baş etibarnamə var, lakin nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olduğu təqdirdə idarə etməsi etibar edilmişdir. İdarə etdiyi avtomobilin icbari sığortası vardır. Barəsində inzibati xəta haqqında araşdırma aparılan şəxs xəstə olduğu üçün polis şöbəsinə gələ bilmədiyindən protokol bir qədər gec tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:20 Binə qəsəbəsində yanacaq doldurma məntəqəsində yanacaq doldurduqdan sonra etibarnamə əsasında aldığı “Mercedes Benz” markalı mirkoavtobus ilə yaşadığı evə qayıdan zaman işıqfora 10-15 metr qalmış işıqforda qırmızı işıq yandığını görmüş, lakin səhv edərək qırmızı işıqda hərəkətini davam etdirmişdir. Bu zaman sol tərəfdən işıqforun yaşıl işığında hərəkəti davam etdirən “Mercedes Benz” markalı avtomobil ilə toqquşmuşdur. Həmçinin bildirdi ki, “Mercedes Benz” markalı mirkoavtobusu 3-4 ay olar ki, almışdır və sürücülük vəsiqəsi olmadığından idarə etməmiş, yaşadığın evin həyətində saxlamışdır. Hazırda törətdiyi əməldən peşmandır və himayəsində 2 azyaşlı uşağının olmasını, arvadının ankoloji xəstə olmasını nəzərə alaraq barəsində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: -Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:20-də “Mercedes Benz 208D” mikroavtobus markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, X3 idarə etdiyi “Mercedes” minik markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qapı, qanad və s. detallarına zərər dəymişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şəxs sürücülük vəsiqəsi olmadan istifadəsində olan “Mercedes Benz 208D” mikroavtobus markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək işıqforun qırmızı işığında hərəkəti davam etdirmiş və bu zaman işıqforun yaşıl işığında hərəkətdə olan X3 idarə etdiyi “Mercedes” minik markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X1 idarə etdiyi avtomobilə maddi zərər vurulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar