Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2378/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Rspublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X6 rəisi tərəfindən İXMnin 541-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cİ il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla 3000 manat məbləğində cərimə olunmuşdur. Ancaq inzibati icraat onun iştirakı olmadan aparılmışdır. Bu barədə ona heç bir məlumat verilməmişdir. Qərar barədə Xəzər Rayon İcra şöbəsinin icra məmur tərəfindən ona xx.xx.2023-cü il tarixində məlumat verilmişdir. Müraciəti əsasında icra məmuru tərəfindən yuxarıda qeyd edilən qəraraın surəti ona təqdim edilmişdir. İnzibati orqan tərəfindən inizibati xəta barəsində rəhbərlik etdiyi "xxxx" MMC barəsində tərtib edimiş protokol əsasında aparılan inzibati xətaya dair iş hal hazırda Xəzər Rayon Məhkəməsini icraatındadır. Rəhbərlik etdiyi hüquqi şəxs haqqında aparılan inzibati xətaya dair iş üzrə ona məlumat verilsə də, fiziki şəxs olaraq barəsində aparılan iş üzrə ona məlumat verilməmişdir. Hesab edir ki, qərar qanunsuz və əsasız çıxarılmışdır. Onun tərəfindən heç bir orqanın tələbləri və qərarının yerinə yetrilməsindən boyun qaçrılmamışdır. Belə bir hal baş verməmişdir. İnzibati orqanın qərarı tam əsasızdır. Onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. İnzibati orqan tərəfindən ona heç bir icrası məcburi olan sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək, barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, X3 icrası məcburi olan göstərişi yerinə yetirmədiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar S.Allahverdiyevə poçt vasitəsi ilə göndərilmiş və o, həmin qərarı xx.xx.2023-cü il tarixdə “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə imza etməklə qəbul etmişdir. Şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayət və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, məhkəməyə təqdim edilmiş material natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN1762411 saylı protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 3000 (üç min) manat miqdarında cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 27-28 aprel 2023-cü il tarixində Məcburi göstərişin icra vəziyyəti ilə bağlı aparılmış araşdırma zamanı aşkar edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri X2 verilmiş xx.xx.2023-cü il tarixli Ç-MG/2623-014 saylı icrası məcbur olan müddətli məcburi göstərişin tələbləri yerində araşdırılmışdır. Araşdırma zamanı məcburi göstərişdə qeyd olunan tələblərlə bağlı MMC və ya onun təsisçisi tərəfindən idarəyə hər hansı bir müraciət daxil olmadığı müəyyən olunmuşdur. Məcburi göstərişdə MMC rəhbəri X2 müəyyən müddət ərzində yerinə yetirməli olduğu tələblər onun tərəfindən yerinə yetirilmədiyi müəyyən olunmuşdur. S.Allahverdiyevə məxsus mobil telefonla əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Ç-MG/2623-014 saylı “X9 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün Məcburi Göstərişdən görünür ki,
1. Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağlar massivi ünvanında "xxxx" MMC tərəfindən taxta məmulatlar hazırlana şəxsdə fəaliyyət zamanı dəzaghlardan tozun (tullantının) ətrafa yayılmaması üçün müvafiq qaz-toz tutucu qurğunun quraşdırılaraq 11 saylı RETSİ-nə məlumat verilməsi (İcra müddəti 25 gün);
2. Müəssisənin fəaliyyətinə dair X8 Agentliyindən müvafiq ekoloji ekpertiza alınaraq 11 saylı RETS-nə məlumat verilməsi (İcra müddəti 30 gün);
3. Müəssisənin ekoloji pasportu hazırlanaraq ETSN ilə razılaşdırılsın və 2022-ci il ərzində fəaliyyəti zamanı yaranan tullantılar barədə 2 TG statistik (hava, su, tullantı) hesabatlar tərtib olunaraq razılaşdırılması üçün 11 saylı RETSİ-nə təqdim olunması (İcra müddət 10 gün) tapşırılmışdır. Verilən tapşırıqların yerinə yetinlməsi barədə 27 aprel 2023-cü il tarixinə kimi İdarəyə məlumat verilməsi, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 3000-4800 manat miqdarında cərimə olunacağı, “X9 haqqında” Qanunun 71,78-ci maddəsinə əsasən barəsində təsərrüfat və istehsalat fəaliyyətinin dayandırılması haqqında vəsatət qaldırıla biləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Ç-BM/2623-349 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 “barənizdə yazılmış xx.xx.2023-cü il tarixli MN N- ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibai araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 10:00da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməyinizi və ya səlahiyyətli nümayəndənizi (şəxsiyyəti təsdiq edən sənəd və etibamamə ilə birlikdə) göndərməyinizi xahiş edirik. Göstərilən müddət ərzində İdarəyə gəlməsəniz, Sizin iştirakınız olmadan barənizdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacaqdır.” məzmunda məktub ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş Ç-BM/2623-383 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 “Bildiririk ki, barənizdə inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2023-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2023-cü tarixli MN1290809 nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi əsasında inzibati qaydada 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün Sizə göndərilir və nəzərinizə çatdırılır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə aşağıdakı hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilirsiniz. Eyni zamanda nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir.” məzmunda məktub ünvanlanmışdır. İş materiallarında olan “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”dən görünür ki, X3 MN ******* saylı protokolu və s. xx.xx.2023-cü il tarixdə “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə imza etməklə qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qanuni tələblərini göstərilən müddətdə yerinə yetirməmiş və nəticədə onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar gəbul edilmişdir. X3 həmin qərarı “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə imza etməklə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi hazırki iş üzrə inzibati tənbeh vermə qərarı 12 may 2023-cü il tarixdə qəbul edilmişdir. Qanunvericiliyə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət qərarın surəti şəxsə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilə bilər. Hazırki iş üzrə şikayətçi X3 həmin qərarı “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə imza etməklə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. S.Allahverdiyev xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət ilə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi S.Allahverdiyev qərardan şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq,
Q Ə R A RA A L D İ :
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Sədrlik edən: Zaur Tağıyev