Məhkəmə qərarları › İş №3(003)-2378/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2378/2024

21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2378/2024 21.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən binanın 69-cu mənzilində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətlərinin əməkdaşları Binə qəsəbəsində yerləşən kafedə 2 nəfər şəxsin qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər və bu səbəbdən onları polis şöbəsinə dəvət etmişlər. O, yazılmış raport əsasında inzibati araşdırma aparmış və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özü əvvəllər restoran biznesində işləmiş və bu işlərdən anlayışı vardır. Kafedə yemək yedikdən sonra hesabı ödəyib getdikləri vaxtı onunla olan Namiq qəbz tələb etmişdir. Qəbzi aldıqdan sonra o, yedikləri buğlamanın qiymətinin çox olduğunu görmüş və buna görə kafenin işçisinə yaxınlaşmış, bu barədə bildirmiş, məsul şəxsi çağırması xahiş etmişdir. Lakin, onlar verdikləri sifarişin hesabını ödəmişlər. Kafeni işlədən şəxs gəldikdə onlara pulları yoxdursa 4 manat verə bilər demiş, o isə buna ehtiyacın olmadığını, hesabı artıq ödədiklərini bildirmişdir. Həmin şəxsə buğlamanın qiymətinin 8 manat olmadığını bildirmişdir. Həmin şəxs xoşu gəlmirsə çıxıb gedə biləcəyini demişdir. Bu zaman onların səs tonu yüksək olmuş, lakin heç kimi təhqir etməmişdir. Lakin, içkili olduğundan səs tonu bir qədər yüksək olmuşdur. Yanıda olan Namiq ona burada polislərin olmağını bildirmiş, o isə pis hərəkət etmədiklərini söyləmişdir. Bu zaman polis əməkdaşları gəlib araya girərək onların söhbətlərinə müdaxilə etmişdir. Baxmayaraq ki, heç bir pozuntu baş vermımişdir. Bu zaman kafeni işlədən polis əməkdaşlarına hesabın çox olmasına görə mübahisə etdiklərini bildirmişdir. O, həmin polis əməkdaşlarının 3-5 manat pul verib işə düzəldiklərini və bu barədə nə anlayışlarının olacağını demişdir. Bundan sonra polis əməkdaşı onları təhqir etdiyini bildirərək patrul avtomobilinə əyləşməsini demiş, o da polis avtomobilinə əyləşmişdir. Tanışı Namiq isə avtomobilə əyləşməyə etiraz edərək mübahisə etmiş, lakin sonradan avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra isə Namiq təhqiramiz ifadələr işlətmiş, lakin o, sakit olmuşdur. Hazırda iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin polis nəfəri, polis serjantı X4 ifadəsində bildirdi ki, çay fasiləsində Binə qəsəbəsində olan kafedə əyləşərək çay içmişlər. Şəxs və yanında olan şəxs, X1 işçisi ilə yüksək səslə hesab barəsində mübahisə etməyə başlamışdır. Az sonra onlara kafeni işlədən şəxs yaxınlaşmışdır. Bundan sonra onlar kafenin işlədən şəxslə mübahisəni davam etdirmişlər. Bu zaman kafedə başqa şəxslər də olmuşdur. Mübahisə zamanı X1 sahibə polisə güvənərək onlarla bu formada söhbət etdiyi bildirmişdir. Bundan sonra onlara yaxınlaşmışlar və ətrafdakılara narahatçılıq törətməməklərini bildirərək söhbətlərini çöldə etməklərini bildirmişlər. Həmçinin onlara kafenin sahibi ilə yüksək səslə mübahisə etdiklərinə və ətrafdakılara narahatçılıq törətdiklərinə görə çölə çıxmalarını söyləmişlər. Çölə çıxdıqdan sonra onlara hamının polis əməkdaşı üçün bir olduğunu, polisin köməyinə ehtiyacı olan hər bir şəxsin polisə güvənə biləcəyini demişlər. X5 onlara nə qədər maaş aldıqlarını soruşmuşlar. Onlar nə qədər maaş almalarının onlara aidyyətinin olmadığını bildirmişlər. Bu zaman Şəxs “bunlar pul verib işə düzələn adamlardır, bunlar nə bilir ki” demişdir. Həmçinin Namiq uca səslə onlara söyüşlər söyməyə başlamışdır. Buna görə onları polis şöbəsinə dəvət etmişlər. Cavid etiraz etmədən avtomobilə əyləşmiş, Namiq isə etiraz edərək nə üçün onu polis şöbəsinə apardıqlarını bildirmişdir. Ona hadisədə iştirak etdiyini və onun da izahatının alınmalı olduğu bildirmişlər və avtomobilə əyləşdirmişlər. Avtomobildə olan zaman Namiq avtomobilə vuraraq onlara qarşı söyüş söyməyə davam etmişdir. Həmçinin ifadəsində bildirdi ki, çöldə olan zaman səs-küyə ətrafda olan şəxslər gəlmişlər. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs ictimai yerdə qeyri-etik ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/11779 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. -inzibati qaydada tutma haqqında AZ 015340 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs, xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafedə Şəxs, tanışı X5 ilə sərxoş halda yedikləri yeməyin hesabının çox olmasını hesab etdiklərinə görə kafedə olan digər şəxsləri nəzərə almadan uca səslə kafeni işlədən X7 ilə mübahisə etməyə başlamışlar. Bu mübahisənin kafedə olan şəxslərə narahatçılıq yaradıldığını müşahidə edən və həmin zaman orada olan Xəzər Rayon Polis İdarəsinin Post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq ictimai qaydaya əməl etmələrini və kafedən çölə çıxaraq söhbət etmələrini bildirmişlər. Çölə çıxdıqdan sonra isə onlar heç bir səbəb olmadan polis əməkdaşları ilə mübahisə etməyə və onlara qarşı təhqiramiz ifadələr işlətməyə başlamışlar. Bununla da müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Şəxs tanışı X5 oğlu ilə birlikdə xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafedə ilkin olaraq sərxoş halda kafenin işlədən şəxslə səs-küy yaradaraq mübahisə etməklə, daha sonra isə həmin kafenin qarşısında səbəbsiz olaraq ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı təhqiramiz ifadələr işlətməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etmişdir. Bu hallar, iş materialları ilə, özünün izahatı və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri vardır və o, bu maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə İnzibati xətanı sərxoş halda törətməsini, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını, həmçinin onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə çatmasının mümkün olmayacağını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə hesab edir ki, həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4 (dörd) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar