Məhkəmə qərarları › İş №3(003)-2380/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2380/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2380/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətinmdə olan **-ZU-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobil 12 avqust 2023-cü il tarixində saat 12:00-13:00 radələrində Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında polis əməkdaşları tərəfindən ələ keçirilmişdir. Daha sonra, heç bir əsaslı səbəb göstərilmədən Qala yolunda yerləşən cərimə meydançasına sürülmüşdür. Daha sonra, Bakı şəhəri BPİ DYPİ-nin İXHİÜİŞ inspektoru kapitan Arzumanlı Arzuman tərəfindən İXP ******* saylı protokol tərtib olunmuşdur. Bu protokolun əsasında xx.xx.2023-cü il tarixində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş və nəticədə o, 100 manat məbləğində və 3 bal dəyərində cərimə edilmişdir. Qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, 12 avqust 2023-cü il tarixində Heydər Əliyev prospekti ilə Buzovna istiqamətində hərəkət etmişdir. Sabunçu körpüsündən sonra **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili yolun sol tərəfi ilə hərəkət edirdi. Qarşısı boş idi və arxasında heç bir nəqliyyat vasitəsi hərəkət etmirdi. Sayrışan işıqları qoşulmuş vəziyyətdə idi, lakin heç bir səs siqnalından istifadə etmirdi. Onun arxası ilə (yəni yolun sol zolağı ilə ) ara məsafəsi qoruyaraq hərəkət edirdi. Bir neçə kilometr sonra sürətini təxmini (70-80) kilometr saata saldı. Sağ dönmə işığından istifadə edərək yolun sağ zolağına keçmişdir. Güzgüdən onu görmüşdür və o, saatda 70 kilometr sürətlə yoluna davam etmişdir (ən sol zolaq ilə), Təxminən 800 metr - 1 km sonra avtomobilimin sol dönmə işığını yandırıb yolun sol zolağına keçmək istəmişdir. Ona uzaq vuran işıqlarını istifadə etməklə yolun soluna keçməməyini bildirmişdir. Sol dönmə işığı aktiv olduğu halda sola dönməmişdir. Qəflətən sürətini artıraraq onu ötüb keçmişdir. Daha sonra o, yenidən sol zolağa çıxmış və ara məsafəsini saxlayaraq onun arxasınca hərəkət etməyə davam etmişdir. Buzovna ŞTQ. Heydər Eyvazov, 1A ünvanına kimi onun arxasınca yoluna davam etmişdir. Orada “Rahat” marketin qarşısında nəqliyyat vasitəsini saxlayıb mağazaya daxil olmuşdur. Mağazada ona lazım olan məhsulları aldıqdan sonra mağazanı tərk etmişdir. Nəqliyyat vasitəsinin qarşısında **- YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili (səhv etmirə), avtomobilinin sol tərəfində isə **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili dayanmaqda idi. Onlar nəqliyyat vasitəni mühasirəyə almışdırlar. O, nəqliyyat vasitəsinə yaxınlaşmış və “zəhmət olmasa yol verə bilərsiniz” deyib maşınına əyləşmişdir. Maşınında video qeydiyyat aparan cihaz var idi, **- YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü avtomobilin ona məxsus olub-olmadığını soruşdu. O, cavabında, onun olduğun bildirmişdir. Daha sonra, polis əməkdaşı avtomobilin pəncərəsini döyərək aşağı düşməyini tələb etdi. O, avtomobildən düşməyərək, nə üçün aşağı düşməli olduğunu soruşmuşdur. Polis əməkdaşı cavabında bildirdi ki, avtomobili cərimə meydançasına sürülməlidir. O, hansı səbəblə cərimə meydançasına getməli olduğu barədə ona məlumat verməsini polis əməkdaşından tələb etmişdir. Lakin polis əməkdaşı heç bir qanuni səbəbə istinad edə bilmədən “bir az əvvəl mənim qarşımda yolda hərəkət edən **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobildə Bakı şahər Baş Polis İdarəsinin X7 İdarəsi rəisinin üçüncü dərəcəli müavini var imiş və mənim həmin avtomobili keçmə istəyim olduqca yanlış hərəkət imiş” demişlər. O, dedi ki, “Sən avtoxuliqanlıq etmisən və rəis sənə saxlanma cəzası verib”. O, heç bir problem çıxarmadan razılaşmış və əvvəlcə protokol tərtib edilməli olduğunu, sonra isə cərimə meydançasına gedilməsi gərəkdiyini vurğulamışdır. Burada çox ziddiyyətli bir vəziyyət ortaya çıxmışdır. Belə ki, AsanPay onlayn ödəniş portalında İXM-nin 327.1-ci maddəsini (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) pozduğum qeyd edilmişdir, amma SMS radarda yazılmışdır ki, o, İXM-nin 331-ci maddəsinin (xüsusi səs, qırmızı va ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi) tələblərini pozmuşdur. Bu uyğunsuzluq bir daha sübut edir ki, onun heç bir hüquq normasına zidd davranmamağına baxmayaraq, ortada ədalətsiz bir vəziyyət yaranmışdır. Əgər İXM-nin 327.1-ci maddəsini nəzərə alsaq işin hallarında da qeyd etdiyi kimi ona təxminən 800 metr - 1 km sonra avtomobilinin sol dönmə işığını yandırıbyolun sol zolağına keçmək istəmişdir. Lakin qarşındakı YPX avtomobili ona uzaq vuran işıqlarını istifadə etməklə yolun soluna keçməməyini bildirdi. Buradan kifayət qədər aydndır ki, o, iXM-nın 327.1-ci maddəsinin tələblərini pozmamışdır. Bildirmək lazımdır ki, o, İXM-nin 331-ci maddəsini də pozmamışdır. Belə ki, yuxarıda da vurğuladığı üzrə YPX avtomobili onun qarşısında gedirdi, o, onun arxasında idim. O cümlədən, YPX avtomobilinin sayrışan işıqları qoşulmuş vəziyyətdə idi, lakin heç bir xüsusi səs siqnalından istifadə etmirdi. İXM-nin 331-ci maddəsinə əsavən isə mütləqdir ki, həm sayrışan işıqlar həm də xüsusi səs siqnalı eyni anda qoşulmuş vəziyyətdə olsun. Əlavə olaraq, “Yol Hərəkəti haqqında” qanunun 1-ci maddəsinin 45-ci bəndinə əsasən mütəşəkkil nəqliyyat dəstəsi üçün qarşıdan gedən qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsi hərəkət etməlidir. Amma işin hallarından göründüyü üzrə, YPX avtomobilinin arxasında heç bir avtomobil hərəkət etmirdi. Beləliklə bunlara istinadən, o, AR İXMnin 327.1-ci və ya 331-ci maddələrinin tələblərini pozmamışdır Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, hərəkətdə olan Yol Patrul Xidməti avtomobili sayrışan işıq siqnalından istifadə etmiş, hadisə ilə bağlı onun avtomaşını cərimə meydançasına yerləşdirilməklə 15 gün orada saxlanılmış, lakin bununla bağlı məhkəməyə heç sübut təqdim edə bilmir. O, nzibati tənbeh vermə haqqında qərarla razı deyil və həmin qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Bakı şəhəri DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş TP seriylı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardad görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.1 və 331-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə -yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 331.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında X6 hadisi ilə bağlı təqsirini etiraf etməmiş, lakin hərəkətdə olan Yol Patrul Xidməti avtomobilini sayrışan işıq siqnalından istifadə etdiyini, hadisə ilə bağlı onun avtomaşını cərimə meydançasına yerləşdirilməklə 15 gün orada saxlanıldığını bildirmiş, lakin bununla bağlı məhkəməyə heç sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda,inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəlişəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs)tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəlişəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, X6 «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXM-in 327.1, 331.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən TP seriylı ******* nömrəli, 22 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X5 barəsində inzibati xəta haqqında iş üzrə TP seriylı ******* nömrəli, 22 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 22 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar