Məhkəmə qərarları › İş №3(003)-2381/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2381/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2381/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Qəhrəman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri DYPİnin polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı X7 haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı X7 haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev pr-ti ilə Qala qəsəbəsindən “Koroğlu” metrosu istiqamətinə hərəkətdə olarkən, idarə etdiyi **-JV-*** DQN-li "BMC Procity 12M CNG" markalı sərnişin avtobusu YPX inspektoru X2 tərəfindən saxlanılaraq, Aeroport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğu nişanın tələbi bildirilərək barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə TP ******* saylı X7 haqqında qərar çıxarılmış, lakin barəsində tərtib edilmiş həmin protokol və qərar inspektor tərəfindən ona təqdim edilməmişdir. İnspektora dəfələrlə izah etsə də ki, o, heç bir qayda pozmamışdır, inspektor onu dinləmədən barəsində protokol tərtib etmişdir. İnspektorun sözlərinə görə, H.Əliyev prospektinin Suraxanı rayonuna giriş hissəsində, yəni “Buta Palace” adlanan yerdən avtobusların Ramanı qəsəbəsi istiqamətinə dönməsi üçün 4.1.2 nişanı var. Həmin nişana əsasən avtobusların hərəkəti Ramanı qəsəbəsi ərazisindən təşkil edilməlidir. Lakin, o, idarə etdiyi avtobusun "Q1" xətt üzrə express avtobus olmasını və yalnız iki dayanacağın olmasını, prospekt üzrə heç bir dayanacaqda dayanmadığını deyib, prospektdə hərəkət edən digər mülki avtobuslardan fərqinin olmadığını bildirsə də, 4.1 nişanının sərnişin avtobusuna aid olmadığını qeyd etsə də, inspektor onu dinləməmişdir. Qeyd edilən nişan müntəzəm dayancaqlar üzrə hərəkət edən sərnişin avtobusları üçündür. Prospektdə əvvəllər sürət 110 km/s olduğundan, hərəkətin təhlükəsizliyini avtobusların prospekt boyunca dayanmamasını və orada dayanacaqların olmamasını, eyni zamanda sərnişinlərin prospektə daxil olmamasını nəzərə alaraq bütün sərnişin avtobuslarını qeyd edilən ərazidən Ramanı qəsəbəsi istiqamətinə yönəldirlər. Lakin, onun idarə etdiyi "Q1" xətti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə “Koroğlu” nəqliyyat mübadilə mərkəzindədir. Onlar, express olduqlarından, 1-ci dayancaqda sərnişinlərini götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2-ci dayanacaq istiqamətində hərəkət edirlər. Bakı şəhərində fəaliyyət göstərən hər bir daşıyıcıya məxsus sərnişin avtobuslarının fəaliyyət göstərdiyi marşrut xəttləri Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir. Həmin marşrut xəttlərinin pasportları qeyd edilən agentlik tərəfindən təyin edilir. Həmin pasportlarda marşrut hərəkət cədvəli və marşrut sxemi öz əksini tapır. İstər daşıyıcı, istərsə də sürücü ona əvvəlcədən təyin edilmiş marşrut xəttindən kənara çıxa bilməz. Bu həm Agentlik tərəfindən nəqliyyatın intelektual idarə edilməsi tərəfindən, həm də daşıyıcının online izləmə şöbəsi tərəfindən izlənilir. Sürücü avtobusa əyləşdiyi zaman, avtobuslarda quraşdırılmış sistemə öz kodunu və marşrutun nömrəsini daxil etdiyi zaman, manitorda onun üçün müəyyən edilmiş və icazə verilmiş marşrut xəttinin yolu əks olunur. Sürücü gpsdə əks olunan yolu sürmək məcburiyyətindədir. Çünki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən : 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür; 3.1.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir; 3.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir; 3.1.4. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. "Q1" saylı marşrut xəttinin səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş marşrut sxemini və Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununu nəzərə alaraq bildirir ki, ona tətbiq edilmiş TP ******* saylı X7 haqqında qərar tamamilə qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsində baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə verilən şikayətə və protestə baxıldıqda, bu Məcəllənin bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduğu təqdirdə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Ona görə də Bakı şəhər DYPİ Polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş TP ******* saylı X7 Haqqında Qərarı ləğv edib, inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Bakı şəhəri DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ Polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş TP ******* saylı X7 Haqqında Qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri Heydər Əliyev prospekti 477.GPS:5 40.44085xx.xx.0115052 buta ərazidə **-JV-*** DQN-li "BMC Procity 12M CNG" markalı sərnişin avtobusunu idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində sürücü X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manatcərimə olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev pr-ti ilə Qala qəsəbəsindən “Koroğlu” metrosu istiqamətinə hərəkətdə olarkən, idarə etdiyi **-JV-*** DQN-li "BMC Procity 12M CNG" markalı sərnişin avtobusu YPX inspektoru X2 tərəfindən saxlanılaraq, Aeroport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğu nişanın tələbi bildirilərək barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə TP ******* saylı X7 haqqında qərar çıxarılmış, lakin barəsində tərtib edilmiş həmin protokol və qərar inspektor tərəfindən ona təqdim edilməmişdir. X1 idarə etdiyi "Q1" xətti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə “Koroğlu” nəqliyyat mübadilə mərkəzindədir. Onlar, express olduqlarından, 1-ci dayancaqda sərnişinlərini götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2-ci dayanacaq istiqamətində hərəkət edirlər. Məhkəmə qeyd edir ki, "Q1" nömrəli şəhərətrafı marşrut xəttinin pasportunda hərəkətləri prospekt boyu əsas yolnan qeyd edilib. Belə ki, Bakı Nəqliyyat Agentliyinin S- 00008 No-li, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən "Q1" xəttinin marşrut BNA tərəfindən təsdiqlənib. Həmin marşrut pasportuna, yəni sxemə əsasən "Q1" nömrəli şəhərətrafı marşrut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayanacağından B dayanacağının arasındakı məsafə 32.9 km, əks istiqamətdə isə B dayanacağından A dayanacağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. Bundan əlavə, qeyd edilən yol ayrıcında məcburi hərəkət nişanı 4.1.2 (Sağa hərəkət) nişanı və heç bir yerdə olmayan və 7.4.4 nişanı var. Halbuki 4.1.2 nişanı ilə 7.4.4 nişanın bir yerdə tətbiq olunması qanunsuzdur. “Yol hərəkəti haqqında” Qanunun 65-ci maddəsinin, 3-cü bəndinə əsasən. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı X7 haqqında Qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmasına dair Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş TP ******* saylı X7 haqqında Qərar ləğv edilsin və X1 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar