Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2386/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Yeni yaşayış sahəsində yaşayan Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12.04-də Sabunçu tibb mərkəzinin tibb bacısı Qasımova Xəzər RPİ-yə zəng edərək Mərdəkan qəsəbəsində baş vermiş YNH nəticəsində Zərərçəkmiş şəxs2 burunun sınığı, sol dizin əziyi, Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması və Şəxs qızının çanağın əziyi xəsarəti alması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Şəxs qızı idarə etdiyi "Toyota Prius" markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən idarə etməni itirərək yol kənarında olan hasara çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən 18 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs qızının barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X6 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X4 tərəfindən xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızına və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs2 və ya nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı 19 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ibtidai araşdırma zamanı izaht verdiyini və törətdiyi əməli etiraf etdiyini, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə hazırda yataq rejimində müalicə olunduğu üçün məhkəmə iclasına gələ bilmədiyini göstərib işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və müayinə və müalicəsi ilə bağlı müvafiq sənədləri ərizəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs1 isə məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmişdir. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2023-cü il xdə səhər saatlarında Xəzər rayonu ərazisində yerləşən istirahət mərkəzinə qızı Zərərçəkmiş şəxs2 ilə getmək üçün taksi sifariş etmişdir. Bir qədər sonra sifariş verdiyi, sürücüsü qadın olan “Toyota Prius" markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın gəlmiş və qızı ilə birgə həmin maşına əyləşərək Mərdəkan qəsəbəsinə hərəkət etməyə başlamışlar. Mərdəkan qəsəbəsində “Xalça" restoranı istiqamətindən dəniz yolu istiqamətinə hərəkətdə olarkən adını sonradan bildiyi taksi sürücüsü Şəxs qəfildən idarəetməni itirmiş və avtomobil yolun sol tərəfinə doğru hərəkət edərək daş hasara çırpılmışdır. Nəticədə o, xəsarət almış və Sabunçu xəstəxanasında 10 gün müalicə almışdır. Müalicəsi hazırda da davam edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızına qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı göstərmişdir ki, o, "Toyota Prius" arkalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xəzər rayonu, Mərdəkan istiqamətinə sifariş gəlmiş və 8-ci km qəsəbəsindən adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tomobilə əyləşdirərək Mərdəkan qəsəbəsi istiqamətinə hərəkətə başlamışdır. Mərdəkan qəsəbəsində "Xalça" restoranı istiqamətindən dəniz yolu istiqamətinə saatda 30-35 km sürətlə erəkətdə olarkən qəfildən idarəetməni itirmiş və avtomobil yolun sol tərəfinə doğru hərəkət edərək aş hasara çırpılmışdır. Nəticədə özü və sərnişinlər xəsarət almışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs X1 göstərmişdir ki, xx.xx.2023-cü il ixdə səhər saatlarında Xəzər rayonu ərazisində yerləşən istirahət mərkəzinə anası Növrəstə ilə getmək üçün taksi sifariş etmişlər. Bir qədər sonra sifariş verdiyi, sürücüsü qadın olan "Toyota Prius" arkalı **-GZ-*** dövlət qeydiyyat nişan avtomaşın gəlmiş və anası ilə birgə həmin avtomaşına əyləşərək Mərdəkan qəsəbəsinə hərəkət etməyə başlamışlar. Mərdəkan qəsəbəsində "Xalça” restoranı istiqamətindən dəniz yolu istiqamətinə hərəkətdə olarkən adını sonradan bildiyi taksi sürücüsü Şəxs qəfildən idarə etməni itirmiş və avtomobil yolun sol tərəfinə doğru rəkət edərək daş hasara çırpılmışdır. Nəticədə o, xəsarət almışdır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yolnəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli 976 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sağ çənənin, sol dirsəyin, hər iki dizin sıyrıqları, sol bazunun qançırı, sağ baldırın əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun Azərbaycan Respublikası DTX-nin Hərbi Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 08.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə tulmasına səbəb olduqlarına görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 976 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sağ çənənin, sol dirsəyin, hər iki dizin sıyrıqları, sol bazunun qançırı, sağ baldırın əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun Azərbaycan Respublikası DTX-nin Hərbi Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 08.2023-cü il tarixli yol- nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə zulmasına səbəb olduqlarına görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 976 saylı rəyindən görünür ki, Şəxs qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sağ çənənin, sol dirsəyin, hər iki dizin sıyrıqları, sol bazunun qançırı, sağ baldırın əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun Azərbaycan Respublikası DTX-nin Hərbi Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda stərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar Az ağır dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək peşman olmasını bildirməsi, zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Məhkəmə eyni zamanda qeyd edir ki, zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs qızı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2386/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2386/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver