Məhkəmə qərarları › İş №3(003)-2388/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2388/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2388/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Ucar rayonunun Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: :Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixində saat 11.10-da vətəndaş X1 DİNnin “102” Z/M Xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixində Binə qəsəbəsi, X7 küçəəsində boz rəngli “Toyota Prius” markalı avtomobilin onun arvadı Zərərçəkmiş şəxs və 7 yaşlı oğlu Əlini vurması və arvadının ayağından xəsarət alması barədə məlumat vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən 23 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X9 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis leytenantı X5 tərəfindən 01 sentyabr 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.2023-cü il tarixində saat 09.30 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-DJ-*** qeydiyyat nişanlı avtoiobillə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisi, E.Mamadov küçəsi ilə mərkəz istiqamətinə doğru saatda təxminən 20-30 km/surətlə hərəkətdə olarkən təxminən 10-15 metr məsafədən yolun əks istiqamətində səkinin üzəri ilə 5-6 nəfər şəxsin hərəkət etməsini görmüş, hərəkətini davam etdirərkən əks yoldan gələn avtomobilin arxa hissəsindən təxminən 5 metr məsafədən azyaşlı bir uşağın hərəkətdə olduğu zolağa doğru qaçmasını görərək tez əyləci sıxaraq avtomobili sol tərəfə doğru qaçırarkən bir xanımın da uşağın arxasıyca qaçmasını görmüşdür. İdarəə etdiyi avtomobilinin dayanan vaxtı maşının sağ buferi həmin xanıma azacıq toxunduğundan, xanımın yerə yıxılmış və o, tez maşından düşərək xanıma köməklik göstərib və uşağını avtomobilinə otuzdurub yaxında yaşadıqlarından həyat yoldaşı ilə birlikdə onu və uşağı xəstəxanaya aparmışdır. Xəstəxanada həmin xanım və uşağı tam müayinə olunmuş, həkimlər ciddi bir şeyin olmamasını bildirərək onları evə buraxmışlar. Bütün xəstəxana xərclərini atası Elçin Vəzirov çəkmiş, bundan əlavə, onların dərmanlarını da alaraq və bir neçə gün sonra 50 manat pul vermişdir. Leyla xanımın həyat yoldaşı Səfər və özünü Leylanın bacısı kimi təqdim edən digər bir qadın mütəmadi olaraq onlara zəng edib pul tələb etmişdir. Onu da bildirir ki, idarə etdiyi avtomobilin kirayə pulunu verə bilmədiyinə görə onu sahibinə qaytarmışdır. Baş vermiş hadisədən peşmandır, əvvəllər taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini birtəhər dolandırmışdır. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixində səhər saat 09.30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən yaşadığı evin yaxınlığında, E.Mamedov küçəsində 2016-cı il təvəllüdlü oğlu Əli ilə piyada zolağı ilə yolu əks istiqamətə keçərkən qəflətən Binə mərkəz istiqamətinə gedən boz rəngli, “Toyota Prius” markalı avtomobil onu vuraraq yerə yıxmışdır. Həmin vaxt avtomobil oğluna dəyməsə də, onun əlindən tutduğundan o da yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra həmin avtomobilin sürücüsü, adını bilmədiyi, kənd sakini, cavan bir oğlan onlara yaxınlaşıb üzr istəyərək köməklik göstərib onları öz avtomobilinə otuzdurub evlərinə aparmışdır. Evdə həyat yoldaşı Səfər tez onları öz maşınına otuzdurub müayinə etmək üçün həmin sürücü ilə birlikdə xəstəxanaya aparmışdır. Bundan sonra sürücünün valideyni də xəstəxanya gəlmiş və xəstəxanada yıxılaraq xəsarət almasını bildirməsini ondan xahiş etdiklərindən, o, avtomobil tərəfindən vurulmasını xəstəxanada bildirməmişdir. Xəstəxanada yardım alaraq evə buraxılmış, bütün bu müddət ərzində həmin sürücünün valideyni 2-3 dəfə onlara evə gəlib onun səhhətilə maraqlanıb və səhhətində problem yaranarsa ona köməklik göstərəcəyinə söz versə də, sonradan sürücünün atası onların telefonuna cavab vermədiyi üçün həyat yoldaşı Səfər 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Hal-hazırda da müalicə olunur, lakin sürücü Şəxs ona heç bir köməklik göstərmir. Buna görə də o, sürücü Şəxs şikayətçidir, ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və sürücünün nəqliyyat vasitələrinin məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında valideyninin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X4 da anası – Zərərçəkmiş şəxs izahatı ilə oxşar, eyni məzmunlu izahat verdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yolnəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 894 saylı rəyində göstərilmişdir ki, 2016-cı il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarətlər xx.xx.2023-cü il tarxli YNH-nə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 890 saylı rəyində göstərilmişdir ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2023-cü il tarxli YNH-nə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Məhkəmə eyni zamanda qeyd edir ki, zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar