Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-239/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X3, tələbkar X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə 03 noyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X1 iddiaçı X7 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-742/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X1 iddiaçı X7 xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün indiyə qədər yığılıb qalmış 7907.09 (yeddi min doqquz yüz yeddi, doqquz qəpik) manat borcunu ödəyə bilməmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində tələbkar X10 göstərdi ki, o, indiyə qədər borcluya borcundan ödəniş etmək üçün dəfələrlə müraciət etmiş, lakin borclu 7907.09 (yeddi min doqquz yüz yeddi, doqquz qəpik) manat borcunu ödəməmişdir. Bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 göstərdi ki, icra vərəqəsi üzrə məlumatı olmamışdır. Tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2023-cü il tarixdə əldə edib və icra vərəqəsi üzrə borcunun olmasını icra şöbəsində bilmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, tələbin könüllü icrası haqqında bildiriş borclu X4 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bununla da icra məmuru tərəfindən icra hərəkətlərinin ardıcıllığı prinsipi pozulmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 03 noyabr 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan X2 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-239/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-239/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver