Məhkəmə qərarları › İş №3(003)-2391/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2391/2023

09.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2391/2023 09.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Emin Məmmədli İlham oğlunun sədrliyi Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* saylı, MN ******* saylı, MN ******* saylı və MN ******* saylı protokollar tərtib edilərək X1 inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Pols Bölməsinin sahə inspektoru, polis kapitanı X16 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X6 xx.xx.2023-cü il tarixdə vətəndaş X7 qarşı dələduzluq edərək “MPAY” mobil tətbiqi vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 375 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə vətəndaş X11 qarşı dələduzluq edərək “M10” mobil tətbiqi vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixində “Tik-Tok” sosial şəbəkəsində “Kreditlə qızıl satışı” elanında qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsilə əlaqə saxlayaraq ilkin ödəniş kimi 230 manat pulu “eManat” ödəniş terminalı vasitəsilə MPAY sistemində özünə məxsus ***-***-**-** mobil telefon nömrəsinə ödəməsi nəticəsində vətəndaş X8 etibarından suiistifadə edərək aldatma yolu ilə 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə vətəndaş X3 “Tik-Tok” sosial şəbəkəsində “Kreditlə qızıl satışı” elanında qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsilə əlaqə saxlayaraq ilkin ödəniş kimi “eManat” ödəniş terminalı vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 275 manat pulunu ələ keçirmişdir. Qeyd olunanlarla bağlı müvafiq protokollar tərtib edilmişdir. Hazırda da X1 qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında qeyd olunan əməlləri törətmədiyini, həmin pulların onun hesabına daxil olmadığını bildirdi. Lakin, yenə də o, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazırdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəkili X9 məhkəmə iclasında bildirdi ki, zərəçəkmişlər tərəfindən həmin pul vəsaitlərinin Loğmanın hesabına köçürülməsinə dair sübutlar iş materiallarında mövcud deyil. Lakin, yenə də Loğman zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə hazırdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən X6 tərəfindən törədilmiş əməllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, X6 oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 həmin tarixdə-xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və hadisəsini törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və hadisəsini törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X10 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və hadisəsini törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və hadisəsini törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır Məhkəmə araşdırması zamanı eyni zamanda protokollara əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X6 xx.xx.2023-cü il tarixdə vətəndaş X7 qarşı dələduzluq edərək “MPAY” mobil tətbiqi vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 375 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə vətəndaş X11 qarşı dələduzluq edərək “M10” mobil tətbiqi vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixində “Tik-Tok” sosial şəbəkəsində “Kreditlə qızıl satışı” elanında qeyd olunmuş ***-***- **-** mobil telefon nömrəsilə əlaqə saxlayaraq ilkin ödəniş kimi 230 manat pulu “eManat” ödəniş terminalı vasitəsilə MPAY sistemində özünə məxsus ***-***-**-** mobil telefon nömrəsinə ödəməsi nəticəsində vətəndaş X8 etibarından sui-istifadə edərək aldatma yolu ilə 230 manat pulunu ələ keçirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə vətəndaş X3 “Tik-Tok” sosial şəbəkəsində “Kreditlə qızıl satışı” elanında qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsilə əlaqə saxlayaraq ilkin ödəniş kimi “eManat” ödəniş terminalı vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 275 manat pulunu ələ keçirmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında MN 1572541saylı xx.xx.2023-cü il tarixli protokollar üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Belə ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X7 qarşı dələduzluq edərək “MPAY” mobil tətbiqi vasitəsilə qızıl almaq üçün zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək aldatma yolu ilə 375 manat pulunu ələ keçirilməsi ilə bağlı material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol xx.xx.2023-ci il tarixdə tərtib edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi həmin inzibati xətalar üzrə inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət pozulmuşdur. Odur ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı xx.xx.2023cü il tarixli protokol üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2023cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollara münasibət bildirərək hesab edir ki, MN ******* saylı, MN ******* saylı və MN ******* saylı xx.xx.2023-cü il tarixli protokollar üzrə X1 inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı, həmin protokollardan və protokollara əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, X6 həmin inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, X1 törətdiyi inzibati xətaların xarakterini, onun ard-arda yeddi inzibati xəta törətməsini, törətdiyi inzibati xətalara münasibətini nəzərə alaraq hesab edir ki, ona inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən, yəni, X1 tutulduğu andan hesablanmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, MN ******* saylı və MN ******* saylı xx.xx.2023-cü il tarixli protokollar üzrə təqsirli bilinərək barəsində 60 (altmış) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X12 X2 həvalə edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar