Məhkəmə qərarları › İş №3(003)-2396/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2396/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2396/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 22 avqust 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 1 azyaşlı uşağı olan, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, Şamaxı rayonu, Şəhriyar qəsəbə Ərazi Dairəsində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə tanışı Zamiq adlı şəxsdən mobil telefonunu danışmaq adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranov tərəfindən 22 avqust 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə tanışı X3 mobil telefonunu danışmaq adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİnin 1-ci PŞ-nin təhqiqatçısı X9 tərəfindən 26 avqust 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində X8 məxsus 400 manat dəyərində “XİOMİ” markalı mobil telefonunu danışmaq adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı X9 tərəfindən 26 avqust 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində Muxtar Abdullayevə məxsus 140 manat dəyərində mobil telefonu taksinin oturacağından götürmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən 31 avqust 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə tanışı Kamran Əliyevin 400 manat dəyərində mobil telefonunu danışmaq adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyev tərəfindən 25 iyul 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə taksi sürücüsü X7 məxsus 150 manat dəyərində mobil telefonunu danışmaq adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Bəşir Bəşirli tərəfindən 02 sentyabr 2023-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Uşağı xəstə olduğundan və maddi cəhətdən çətinlik çəkdiyinə görə bu əməlləri törətmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:15-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranovun xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 məxsus 500 manat dəyərində mobil telefonu oğurlamış naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Bəşir Bəşirlinin xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 məxsus 400 manat dəyərində mobul telefonun ələ keçirən naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Bəşir Bəşirlinin xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 məxsus 300 manat dəyərində mobul telefonu dələduzluq yolu ilə ələ keçirən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyevin xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 məxsus 140 manat dəyərində mobil telefonu ələ keçirən şəxs müəyyən olunduqda barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarındakı Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyevin xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 məxsus olan 400 manat dəyərində “Honor” markalı telefonu dələduzluq yolu ilə ələ keçirmiş “Rasim” adlı şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Bəşir Bəşirlinin xx.xx.2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 məxsus 150 manat dəyərində dələduzluq yolu ilə ələ keçirmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, törətdiyi əməlləri nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 10 sentyabr 2023-cü il tarixdən, saat 00:15-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar