Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-24/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X5, tələbkar X1 nümayəndəsi X2 iştirakları ilə xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2610 saylı, 24 sentyabr 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 ifadəsində göstərdi ki, Xəzər rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 7700 (yeddi min yeddi yüz) manat borc və 15 manat məbləğində dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. 29 noyabr 2019-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs mülkiyyətində “VAZ 21214” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmişdir. Xəzər rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərardadına əsasən Şəxs məxsus “VAZ 21214” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə cəmi 700 manat məbləğində ödəniş etmiş və hazırda onun borcu 7015 manat məbləğində təşkil edir. Sonradan icra şöbəsinə gəlmədiyinə görə borclu Şəxs barəsində 21 yanvar 2021-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və polis tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da, Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi X3 ifadəsində göstərdi ki, borclu Şəxs bu günə kimi borcundan cəmi 700 manat ödəniş etmiş, hazırda 7015 manat ödənilməmiş borcu qalmışdır. Borcunu ödəmədiyi halda ona ən ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs ifadəsində göstərdi ki, Xəzər rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə borcundan 2000 manat, sonuncu dəfə isə 2020-ci ilin iyul ayında 700 manat məbləğində ödəniş etmişdir. Lakin 2000 manatı ödəməsi barədə heç bir sənədi yoxdur. Məhkəmə tərəfindən ona 10 gün vaxt verilsə borcun yarısını, qalan məbləği isə hissə-hissə, hər ay 300 manat olmaqla ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan tam icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 7700 (yeddi min yeddi yüz) manat borc və 15 manat məbləğində dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqnda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi və İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildiyi 23 noyabr 2021-ci il tarixdən 3 aydan çox müddət keçmişdir. Ona görə də, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-24/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-24/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver