Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2407/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X5 iştirakı ilə, Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Rad İraj tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayonu Mərdəkan qəsəbəsi 60 K saylı bağ evində yaşayan İran İslam Respublikası vətəndaşı Rad İraj şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsi, 3 balın silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Cavad Xan küçəsi istiqamətində X1 gedərkən Hüseyn Seyidzadə küçəsi kəsişməsində qırmızı işıqda dayanmışdır. Daha sonra yaşıl işıq yanmış, o digər avtomobillərlə sola dönmək və Hüseynin Seyidzadə küçəsinə daxil olmaq üçün hərəkət etmişdir. O qırmızı işığı keçməmişdir. Barəsində verilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Rad İraj şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, o nizamlayıcının qırmızı işığını keçməmişdir. Qeyd etdiyi xüsusatlar nəzərə alınaraq şikayət təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış etiaz məktubunda bildirilmişdir ki, barəsində qərar çıxarılmış RAD İRAJ 25 sentyabr 2025-ci il tarixində saat 13:14-radələrində idarə etdiyi BYD QİN PLUS DMİ PLUG-İN HİBRİD minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri H.Seyidzadə 132 a ünvanında svetoforun qadağanedici işarəsində hərəkətini davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol vermişdir. Bu faktı bilavasitə Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı polis baş leytenantı Binnət Rəhimov aşkar etmiş, xətanın mahiyyətini sürücüyə izah edərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən RAD İRAJ şikayəti əsassız olduğundan təmin edilməyərək onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını və etirazı nəzərdən keçirdikdən sonra hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, RAD İRAJ 25 sentyabr 2025-ci il tarixində saat 13:14-radələrində idarə etdiyi BYD QİN PLUS DMİ PLUG-İN HİBRİD minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri H.Seyidzadə 132 a ünvanında svetoforun qadağanedici işarəsində hərəkətini davam etdirərək yol hərəkəti qayda pozuntusuna yol vermiş, nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərər barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən təqdim edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, BYD QİN PLUS DMİ PLUG-İN HİBRİD minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İş üzrə müəyyən edilmiş halları, RAD İRAJİN 25 sentyabr 2025-ci il tarixində saat 13:14-radələrində idarə etdiyi BYD QİN PLUS DMİ PLUG-İN HİBRİD minik markalı **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyini və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulduğunu təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Rad İraj tərəfindən verilmiş şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Rad İraj tərəfindən verilmiş şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2407/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2407/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver