Məhkəmə qərarları › İş №3(003)-2408/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2408/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2408/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirdikdən sonra hesab edirəm ki, inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə məlumatlar göstərilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bu baxımdan inzibati tənbeh haqqında protokolda inzibati xətanın törədildiyi yerin göstərilməsi işə baxılması ilə əlaqədar əhəmiyyət kəsb edən haldan ibarətdir. Bundan başqa inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar