Məhkəmə qərarları › İş №3(003)-2409/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2409/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2409/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, Şəxsn (MMC) nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, X3 müraciətinə əsasən ona aid sənədlərin 7 iş günü ərzində X7 Xidmətinə təqdim edilməsinə dair müraciət hüquqi şəxsin ünvanına göndərilmiş, məktubun xx.xx.2025-ci il taxixdə poşt vasitəsi ilə ünvana çatdırılmış, lakin hüquqi şəxs tərəfindən İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan sənədlər hüquqi şəxs tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Vəkil bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində qəbul edilmiş protokolla razı deyil, belə ki, inzibati işin materialları və məhkəməyə göndərilmiş sənədlərlə tanış olan zaman bəlli olmuşdur ki, guya ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan araşdırma üzrə "xxxx" MMC-ə göndərilmiş məktub və bildirişlər zəruri qaydada MMC-ə çatdırılmış və verilmişdir. Halbuki inzibati orqan tərəfindən tərtib olunmuş reyestrdə Bakı şəhəri, Xəzər rayonu, X8 Ərazisində yerləşən MMC-ə ümumiyyətlə məktub göndərilmədiyi, digər ünvan üzrə məktub göndərilsə də kimə, nə vaxt hansı tarixdə çatdırılması ümumiyyətlə müəyyən olunmur. Təbii ki, bu çatdırılması da mümkün olmayacaqdır, çünki qeyd olunan ünvan üzrə yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə yerləşən qeyri-yaşayış sahəsində "xxxx" MMC 2025-ci ilin aprel ayından ümumiyyətlə fəaliyyət göstərmir və həmin ünvanda onu qəbul edəcək işçidə yoxdur. Belə ki, həmin sahədə "xxxx" MMC 01 iyul 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş, 01 may 2025-ci il tarixli qarşılıqlı razılaşmaya uyğun olaraq həmin müqaviləyə xitam verilmişdir. Eyni zamanda həmin ünvan üzrə təsərrüfat subyekti (obyekti) kimi də, qeydiyyatdan çıxarılmışdır. Bundan əlavə "xxxx" MMC barəsində araşdırma X3 şikayəti əsasında aparılmış, MMC-nin həmin şəxsə isə əmək haqqı üzrə heç borcu olmamışdır. Əksinə adıçəkilən şəxsin hazırda Titan Group MMC-ə 1883,91 (bir min səkkiz yüz səksən üç manat 91 qəpik) manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi və barəsində inzibatı tənbeh tədbiri görülməsinə dair müracətinin təmin olunmaması, işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə (AZ1025) və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazısıində (AZ1045) yerləşən hüquqi ünvanlarına ünvanlanmış məktubdan görünür ki, X3 müraciətinə əsasən ona aid sənədlərin 7 iş günü ərzində X7 Xidmətinə təqdim edilməsinə dair göstəriş verilmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər Şəxs MMC tərəfindən görülməmiş, nəticədə hüquqi şəxs İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsindən təqdim edilmiş reyestrdən edilmiş çıxarışa əsasən xx.xx.2025-ci il tarixli 73825/2025 nömrəli məktub sifarişli poçt göndərişi kimi "xxxx" MMCə də göndərilmişdir. Həmin məktubun çatdırılması kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən materiallara əlavə edilmiş SS929726553AZ kodu ilə poçt izlənməsinin çıxarışından görünür ki, hansısa məktub xx.xx.2025-ci il tarixdə saat 10.45-də Bakı AZ1114 poçt şöbəsinə qəbul olunmuş, həmin tarixdə saat 17.06-da Bakı AZ9095 poçt mübadilə məntəqəsinə, xx.xx.2025-ci il tarixdə saat 14.26-da Bakı AZ1031 poçt şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat 09.43-də Bakı AZ1031 poçt şöbəsində çatdırılma cəhdi uğursuz olub, həmin tarixdə saat 14.46-da yenidən Bakı AZ9095 poçt mübadilə məntəqəsinə qaytarılıb, xx.xx.2025-ci il tarixdə saat 09.52-də Bakı AZ1029 poçt şöbəsində şöbəsinə daxil olmuş, həmin tarixdə saat 10.30-da Bakı AZ1029 poçt şöbəsində alıcıya çatdırılıb. Burada ilk növbədə diqqət çəkən məqam odur ki, poçt izlənməsinin çıxarışına əsasən AZ1029 poçt şöbəsinin ünvanı Bakı, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10, AZ9095 poçt şöbəsinin ünvanı ünvan 4nu, Sabir 56, Keşlə qəsəbəsi olmaqla, qeyd edilən poçt şöbələrinin xidmət əraziləri heç bir halda Binə qəsəbəsi ola bilməz. Həmçinin digər sənədlərdən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə yerləşən qeyriyaşayış sahəsində "xxxx" MMC 2025-ci ilin aprel ayından ümumiyyətlə fəaliyyət göstərmir, həmin sahədə "xxxx" MMC 01 iyul 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərmiş, 01 may 2025-ci il tarixli qarşılıqlı razılaşmaya uyğun olaraq həmin müqaviləyə xitam verilmişdir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin dispozisiyasına əsasən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən təqdim edilmiş materiallara Şəxs MMC-yə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubların ünvana çatdırılmasına dair SS929726553AZ kodla poçt göndərişinin çıxarışı əlavə edilsə də, bu çıxarışla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən çıxan hər hansı bir göndərişin xx.xx.2025-ci il tarixdə hansısa bir ünvana çatdırılması aydın olur, lakin bu ünvanın “Titan Group MMC”-nin hüquqi ünvanının olub-olmaması, müsbət halda belə məhz həmin hüquqi şəxsin əməkdaşına təqdim edilməsi müəyyən edilmir. Bir sözlə poçt göndərişinin “Titan Group MMC”-nin faktiki olduğu yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, X8 ərazisinə çatdırlıması iş materialları ilə müəyyən edilmir, hüquqi şəxsin digər ünvanında isə, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsində, Şəxs MMC 2025-ci ilin aprel ayından ümumiyyətlə fəaliyyət göstərmir və həmin ünvanda poçt göndərişini qəbul edə biləcək işçi mövcud deyil. İXM-nin müddəalarına əsasən barəsində inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən vətəndaşa aid sənədlərin təqdim edilməsinə aid məktubun Bakı şəhəri, Xəzər rayonu, X8 ərazisində fəaliyyət göstərən Şəxs MMC-ə çatdırılması istər təqdim edilmiş sənədlərlə, istərsə də məhkəmə araşdırması zamanı dinləmələrlə təsdiq olunmadı üçün Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən hüquqi şəxsin barəsində İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar