Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-241/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayonu DYPŞ-nin polis leytenantı X7 tərəfindən 29 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxs 31 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Şüvəlan qəsəbəsi, Mayak Bağları ərazisində idarə etdiyi “Fiat Fiorino” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “Porsche Cayenne” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş nəticədə hər iki sürücü Şəxs, Zərərçəkmiş şəxs və “Fiat Fiorino” markalı avtomobildə olan sərnişin X2 yüngül bədən xəsarəti almış, hadisə zamanı hər iki avtomobil zədələnmişdir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən 27 noyabr 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin DYPŞ-si vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, 31 avqust 2021-ci il tarixdə Şəxs idarə etdiyi “Fiat Fiorino” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Porsche Cayenne” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Dəfələrlə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərarlar ləğv edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən 27 noyabr 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Hazırda isə işə Xəzər Rayon Məhkəməsində baxılır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla razı deyil, həmin qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verdiyinə görə xahiş edir ki, hazırki iş üzrə material geri qaytarılsın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Porsche Cayenne” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtyomobilin sürücüsü Zərərçəkmiş şəxs və “Fiat Fiorino” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(003)-12/2024 saylı qərarından görünür ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şəxs vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi qərarı alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən 27 noyabr 2023-cü il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(003)-12/2024 saylı qərarı ilə 27 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edildiyindən işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Başqa sözlə desək, nə qədər ki, 27 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilib, hazırki məsələyə baxılması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X3ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X3ytarılsın. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-241/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-241/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver