Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2419/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən – Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə Şəxs vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə ilə bağlı DİN BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 3(003)- 2155/2023 nömrəli qərarı ilə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. 25 noyabr 2024-cü il tarixdə Şəxs vəsatət ilə məhkəməyə müraciət edərək cəriməni ödədiyindən Xəzər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 3(003)-2155/2023 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti, ona əlavə edilmiş sənədləri və iş materiallarını ararşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 3(003)-2155/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan “Asan Pay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs ona təyin edilmiş protokol üzrə cəriməni və hesablanmış dəbbə pulunu tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Hesab edirəm ki, Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən vəsatət təmin edilməli, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 3(003)-2155/2023 nömrəli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Vəsatət təmin edilsin. Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən nəqliyyat vasitələrini idarə etmə hüququn 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 3(003)-2155/2023 nömrəli qərarına xitam verilsin. Qərardan 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2419/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2419/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver