Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-242/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Şikayətçi X2in iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul olunmuş 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul olunmuş 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar əsasında tətbiq olunmuş bütün inzibati tənbeh tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(004)-242/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, şikayətin icraata qəbul edilməsi, şikayətə baxılması ilə bağlı məhkəmə iclasının xx.xx.2025-ci il tarixə, saat 15:30-a Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasına təyin edilməsi, şikayətçinin və qərarından şikayət verilən orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət edilməsi qərara alınmışdır. Şikayətini onunla əsaslandırmışdır ki, 2023-cü iin aprel ayında İran İslam Respublikasından gül şitillərini qanunvericiliyə uyğun şəkildə Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Həmin şitilləri qanuna müvafiq şəkildə gömrük orqanlarına bəyan etmiş, nəzərdə tutulmuş rüsum tərəfimdən ödənildikdən sonra həmin şitillər ona məxsus istixanaya aparılmışdır. Yuxarıda qeyd etdiyi şitilləri 2023-cü ilin aprel ayında Ölkəyə gətirilməsinə baxmayaraq Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən onun guya qanunvericiliyə əsasən nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi qənaətinə gələrək əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasını hesab edərək onu 1500 (min beş yüz) manat məbləğində cərimə etmişdirlər. Göründüyü kimi qanunverici nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsini inzibati xəta hesab edir. Hazırkı halda isə o, İran İslam Respublikasından gül şitillərini qanunvericiliyə uyğun şəkildə Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Həmin şitilləri qanuna müvafiq şəkildə gömrük orqanlarına bəyan etmiş, nəzərdə tutulmuş rüsum ödənildikdən sonra həmin şitillər ona məxsus istixanaya aparılmışdır. Bununla da əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın hər hansı tərkibi mövcud olmamışdır. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Hazırkı halda tərəfindən inzibati xətanın törədilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilsə belə qəbul olunmuş qərar qanunsuzdur. Belə ki, 2023-cü iin aprel ayında İran İslam Respublikasından gül şitilləri qanunvericiliyə uyğun şəkildə Azərbaycan Respublikası ərazisinə gətirilmiş, bu əmələ görə isə inzibati protokol xx.xx.2024-ci il tarixdə, yəni gül şitilləri gətirildiyi gündən 1 il yeddi ay keçdikdən sonra tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi qanunvericiikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul olunmuş 13 dekabr 2024cü il tarixli, MN ******* nömrəli qərarını rəsmi qaydada xx.xx.2024-cü il tarixdə almışdır. Qərara əlavə olunmuş məktubdan da görünür ki, məktub xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Həmin qərardan isə xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Məhkəməsinə şikayət vermişdir. Beləliklə, işin müəyyən olunmuş həqiqi hallarından məlum olur ki, onun əməlində inzibati xətanın tərkibini özündə ehtiva edən hər hansı bir hərəkət olmamışdır. Əməlində inzibati xətanın tərkibi olması sübuta yetirilsə belə səlahiyyətli orqan inzibati tənbeh verilməsi üçün qanunvericiikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul olunmuş 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz hesab edilməli, qərar əsasında tətbiq olunmuş bütün inzibati tənbehlər ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edərək bildirdi ki, coronavirus ilə əlaqədar evdən çölə çıxa bilməmişdir. Şitilləri orqana təqdim edilməli olmasını bilməmiş, ona bu barədə məlumat vermişdir. Malların gətirilməsinə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi icazə vermədən gətirilməsi qeyri-mümkündür. Gül şitillərinin neçə kilo olmasını bilmir. Ancaq illər keçdikdən sonra barəsində inzibati cərimə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, NN210425 nömrəli protokol əsasında müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiri tətbiq edilmişdir. İş materiallarına əalvə edilmiş AQTA tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli idxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən X1 görünür ki, idxalçı X3 tərəfindən müvafiq miqdardda gül şitilləri gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, gül şitillər barədə məlumatları, yəni nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə görə barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən protokol tərtib edilmiş və nəticədə həmin protokol əsasında X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, həmin gül şitillərinin ölkə ərazisinə nə vaxt gətirilməsi, bununla bağlı inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçib-keçməsi və digər zəruri hallar araşdırılmamışdır. Bu səbəbdən X2 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Eyni zamanda məhkəmə, inzibati xətanın törədildiyi istinad edilən məlumatların nədən ibarət olmasının müəyyən edilməsi üçün inzibati orqan tərəfindən hərtərəfli inzibati araşdırma aparılmasına zərurətin olmasını və bu inzibati araşdırmanın nəticəsində şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinə qiymət verilməsinin mümkün olacağını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X2 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X2 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-242/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-242/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver