Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2420/2024 28.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının sədrliyi ilə, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxx 1995-cü Lerik rayonu, Nuravud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Nuravud ərazi dairəsi, Nuravud kəndində qeydiyyat olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs X5 döyərək qəsdən fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 377 nömrəli müvafiq ekspert rəyi, X2 ərizə və izahatı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, konkret halda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ-nin 3-ci Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu fərdi evdə vətəndaş Şəxs X5 döyərək qəsdən fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X7 onun həyat yoldaşıdır. Onlar xx.xx.2024-cü il tarixdə ailə həyatı qurmuşlar. O, həyat yoldaşını vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Aralarındakı mübahisə pula görə olmuşdur. Vüsalə Huseynova tərəfindən onun borclarına ödənildiyini, pulu geri istədikdə aralarında mübahisə yaransada həyat yoldaşına və qayınanasına onlara əl qaldırmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs X7 izahatında bildirdi ,ki Şəxs onun ikinci həyat yoldaşıdır. 05 avqust 2024-cü il tarixdə yaşadığı evdə olduğu zaman anasının verdiyi pulları istədiyi zaman aralarında mübahisə yaranmış, o da sakitləşdirmək istədiyi zaman həyat yoldaşı X8 onun üzündən şillə ilə qəsdən vuraraq sağ əlinin ikinci barmağını qırmış və saçından yolub qəsdən ona bədən xəsarəti yetirmişdir. Bu səbəbdən vətəndaş baş vermiş hadisə ilə bağlı 102 xidmətinə məlumat vermişdir. Odur ki o, X6 bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 13 sentyabr 2024-cü il tarixli, 377 nömrəli ekspert rəyinə əsasən Emma Şirindillinin bədən səthində hal-hazırda xəsarət və ya xəsarət izi aşkar olunmadı. Onun adına birliyin Xəzər rayon şöbəsində tərtib olunmuş 945 saylı rəydən də görünür ki, 07.08.2-204-cü il tarixdən 2-3 gün əvvələ, yəni qərarda göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gələn hər iki saidin qançırları, sağ saidin və döş qəfəsinin sıyrıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər sağlamlığa zərəvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Məhkəmə-tibbi mama-ginekoloji ekspertizaların aparılması qaydasına əsasən sağlam qadınların hamiləliyin birinci yarısında onun travma nəticəsində pozulması demək olar ki, mümkün deyildir( xüsusən də 10 həftəliyə qədərki müddətində). İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 3 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, hadisəni törətmiş vətəndaş X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün materialın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Beləliklə, X3 inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300,0 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2420/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2420/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver