Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2433/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lerik rayonunun Zərdəbərə kəndindədoğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Lerik rayonu, Nuravud ərazi dairəsi, Zərdəbərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis polis mayoru X2 tərəfindən Şəxs İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Post Patrul Xidmətinin əməkdaşları 6356 çağırışlı avtropatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində xidmətdə olarkən 117 № məktəbin yanında Şəxs qanunsuz hərəkətinə görə Polis Şöbəsinə dəvət etmiş, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Qeyd edilən ərazi məktəbə yaxın olduğundan Şəxs tullantıları traktor vasitəsilə deyil, əllə təmizlənilməli olduğu bildirilmişdir. Bu səbəbdən barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, traktor sürücüsüdür və xx.xx.2025-ci il tarixdə qeyd edilən ərazini traktor vasitəsilə tullantılardan təmizləmişdir. Polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq işin dayandırılmasını tələb etdiyindən traktorun mühərrikini dayandırmışdır. Polis əməkdaşları tullantını traktorla təmizlədiyinə görə, barəsində cərimə tətbiq olunacağını və bu səbəbdən traktoru cərimə meydançasına aparılmalı olduğunu bildirmişlər. Traktorun mühərrikini işlək vəziyyətə gətirməyə çalışsa da bu mümkün olmamış, polis əməkdaşlarına mühərriki düzəltməyə görə 1 saat vaxt istəmiş, düzəldikdən sonra isə 3-cü Polis Şöbəsinə gedəcəyini bildirmişdir. Polis əməkdaşları isə bu təkliflə razılaşmadıqda özü onlara birgə polis şöbəsinə getməklərini təklif etmişdir. Yəni polis əməkdaşlarının hər hansı bir tələbinə qarşı çıxmamış, onlara tabesizlik göstərməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. İXM-nin 535-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq başa düşülür. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir, bu barədə nə xx.xx.2025-ci il tarixli MN ******* protokolda, nə də ki digər sənədlərdə hər hansı bir formada əsaslandırma aparılmamış, məhkəmə iclasında da Şəxs İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dar əməllərinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Qeyd olunanlara əsasən Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli sübuta yetirilmədiyindən onun inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(003)-2433/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2433/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver