Məhkəmə qərarları › İş №3(003)-2434/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2434/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2434/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs XƏZƏR Rayon Polis İdarəsinin 3-cü PŞnin sahə inspektoru, polis kapitanı X1 , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, 22 avqust 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1ünvanında qeydiyyatda olan və Bakı Şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nümrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən 20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3cü Polis Şöbəsinin sahə inspektoru X4 izahatında bildirdi ki. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi qərara alınmışdır. Qeyd olunan qərar 20 oktyabr 2025-ci il tarixdə 3-cü Polis şöbəsinə təqdim edilmişdir. Hazırda onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır və onunla 2019-cu ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan bir azyaşlı övladı var. xx.xx.2025-ci il tarixdə Vüsalə yaşadığı evdən anası Rəcəbova Şəfəqin yaşadığı evə gedəcəyi adı ilə çıxmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, həmin gün anası ilə birlikdə kosmetika mağazasına gedəcək. Bir müddət sonra o Vüsalənin anasına zəng vuraraq sonuncunu soruşmuş, lakin anası Vüsalə ilə heç bir yerə getmədiyini və ondan xəbəri olmadığını qeyd etmişdir. Sonradan Vüsalyə nə qədər zəng etsə də telefon zənglərinə cavab verməmişdir. Axşam işdən evə döndükdən sonra Vüsalədən hara getməsini və nə üçün telefon zənglərinə cavab verməməsini soruşduqda Vüsalə səbəbsiz yerə qışqıraraq mübahisə etməyə başlamışdır. O, Vüsalənin telefonunu götürərək bir gün özündə saxlayacağını demişdir. Bu zaman Vüsalə telefonunu istəmiş, lakin o, telefonun onda qalacağını bidirmişdir. Səs-küyə digər otaqdan anası gəlmişdir. Bu zaman Vüsalə özünü “yerə çırpmağa” başlamışdır. Sonra mətbəxdən bıçaq götürərək üzərinə gəlmişdir. Daha sonra evdən çıxaraq qonşuluqda yaşayan qardaşıgilə getmiş, ordan da taksi ilə anası evinə getmişdir. Vüsaləyə qarşı heç bir bədən xəsarəti yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində yaşadıqları evdə həyat yoldaşı Şəxs ona əli və ayağı ilə baş və bədən nahiyyəsindən qəsdən vuraraq bədən xəsarətləri yetirmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, oğlu Şəxs gəlini Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Əksinə oğlu telefonu Vüsalənin əlindən aldıqdan sonra Vüsalə özünə xəsarət yetirməyə başlamışdır. Səbui onu vurmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, protokol tərtib edən şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Belə ki, iş materiallarında olan: - MN seriyalı ******* nömrəli, 20 oktyabr 2025-ci il tarixli inzibati xəta haqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinda nəzərdə tutulmuş əməli törətməsinə dair protokol tərtib edilmişdir. - Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi üçün qərarın surətinin Xəzər RPİ-nin 3-cü PŞ-yə göndərilməsi qərara alınmışdır; - Məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2025-ci il tarixli 988 saylı məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunur ki; Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin hematoması, boynun qansızmaları, kürək nahiyəsinin, sol budun, sol dizin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə uyğun gələ bilər və sağlamlığa zərərvurmayab xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və bu mübahisə zamanı Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmişdir. Bu hal məhkəmə iclasında verdikləri tərəflərin izahatları, həmçinin iş materialları təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikrini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar