Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2445/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə Şəxs xx.xx.1979-cu il tarixdə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR Şərur rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs narkotik vasitə qəbul etdiyinə görə saxlanılmışdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Eldəniz Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılaraq yoxlanılması üçün Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 tibbi müayinədən keçirilmiş və narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında 2788 saylı Aktında vətəndaş Şəxs sidiyindən narkotik tərkibli “THC” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. Araşdırma zamanı toplanmış materialda cinayət tərkibi yaradacaq hal müəyyən edilmədiyindən Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən 13 sentyabr 2023-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati icraatın açılması haqqında qərar qəbul edilmişdir. Bununla əlaqədar Şəxs oğlu barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1ci PŞ-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə MN № ******* (AA 5264896) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılmamışdan bir həftə əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə dəvət edilmiş və orada o, narkotik vasitə istifadəçisi olduğunu etiraf edərək və sonuncu dəfə bir həftə əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 tibbi müayinədən keçirilmiş və sidiyindən narkotik tərkibli “THC” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. Əməlindən peşmandır, özü rəngsaz işləyir, kiçik uşağını məktəbə aparmalıdır. Ona etimad göstərilərək inzibati qaydada həbs olunmazsa, bundan sonra narkotik vasitələrdən istifadə etməyəcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 tərtib edilmiş “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 2788 saylı Aktda vətəndaş Şəxs sidiyindən narkotik tərkibli “THC” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5859 saylı Ambulator məcburi-narkoloji tibbi yoxlama Rəyindən görünür ki, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34-1, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərardan 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2445/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2445/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver