Məhkəmə qərarları › İş №3(003)-2447/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2447/2023

16.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2447/2023 16.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi, polis kapitan X3, Müdafiçəsi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərmişdir ki, qısa müddət əvvəl Qala qəsəbəsində sahə inspektoru vəzifəsinə təyin edilmişdir. Vəzifəsinin icrası ilə əlaqədar mütəmadi olaraq özbaşına tikililərin aparılmasının müəyyən edilməsi məqsədilə yoxlamalar aparır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs yaşadığı ünvanda tikinti işlərinin aparılmasını görmüş və ora yaxınlaşandan sonra tikinti işlərini aparan şəxsdən Şəxs harada olması barədə soruşmuş, evdə olmadığından telefon vasitəsilə onunla əlaqə saxlamışdır. Şəxs hazırda işdə olduğunu, saat 17:00-18:00 radələrində evə gələcəyini bildirmişdir. Bundan sonra təxminən 18:00 radələrində Şəxs evinin yaxınlığında onunla görüşmüşdür. Həmin zaman ünvanında apardığı tikinti işi ilə bağlı müvafiq sənədlərinin olub-olmaması barədə ondan soruşmuşdur. Bu zaman Şəxs, aqresiv şəkildə niyə çağırdığını, onu çağırmağa ixtiyarının olmadığını, kəfənini geyinib gəldiyini bildirmişdir. O isə Şəxs həyətində apardığı tikinti işləri ilə bağlı çağırdığını bildirmişdir. Bundan sonra Şəxs, ona tikinti ilə bağlı ev dəftərinin olmasını bildirmişdir. O, həmin sənədin təqdim edilməsini təklif etmiş, Şəxs isə hər hansı bir sənəd təqdim etməkdən imtina etmişdir. Həmçinin Şəxs əvvəllər ağır cinayət törətdiyinə görə məhkum olması barədə onda məlumat olduğunda onunla profilaktik söhbətlər aparmaq, eyni zamanda apardığı tikinti işi ilə bağlı araşdırma aparmaq məqsədilə onu polis şöbəsinə dəvət etmişdir. Şəxs isə polis şöbəsinə gəlməkdən imtina etmiş, ona tabesizlik göstərərək küçə söyüşləri söyməyə başlamışdır, onunla getməkdən imtina etmişdir. O da bu hadisə küçədə insanlar arasında baş verdiyindən onu şöbəyə gətirmiş və müvafiq qaydada potokol tərtib etmişdir. İzahatında həmçinin bildirdi ki, Şəxs ilə telefon vasitəsilə əlaqə saxlayanda özünü təqdim etmiş və həyətində apardığı tikinti ilə bağlı onunla əlaqə saxladığını bildirmişdir. Şəxs sənədlərin təqdim etməsini xahiş etdikdə, o, ev dəftəri olduğunu, lakin müvafiq icra orqanından tikinti işlərinin aparılması üçün icazəsinin olmadığını bildirmişdir. Üzərində olan planşetdə Şəxs barəsində şəxsiyyəti barədə məlumatları yoxladığı zaman müəyyən etmişdir ki, o, əvvəllər ağır cinayət törətməsinə görə məhkum olunmuşdur. Şəxs tikinti ilə bağlı sənədləri təqdim etmədiyinə görə polis şöbəsinə dəvət etmişdir. Şəxs polis şöbəsinə dəvət etməsinin əsası- tikinti ilə bağlı sənədlərinin təqdim etməməsi, aqresivləşməklə ona qarşı tabesizlik törətməsi, bu hadisənin küçədə olmaqla insanlar tərəfindən müşahidə olunması halları olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokollar razı deyil. Belə ki, qeyd olunan hallar yalandan ibarətdir. Əvvəllər Qorxmaz adlı şəxs Qala qəsəbəsində sahə inspektoru olmuş və onu hər çağırdığı vaxtı getmiş və heç vaxt yayınmamışdır. Hadisə olduğu gün sahə inspektoru Pərviz onunla telefon vasitəsilə əlaqə saxlamış və qanunsuz tikinti işləri apardığını söyləmişdir. Bildirir ki, o, qanunsuz tikinti işləri aparmır. Belə ki, yaşadığı yerdə balaca bir otaq olmuş, həmin otaq yararsız vəziyyətə düşdüyündən oranın təmir işlərini görür. Əvvəl ərazi üzrə Bələdiyyədən də gəlmişlər və o, ev dəftərini göstərdikdən sonra çıxıb getmişlər. O, heç bir tabesizlik göstərməmiş, sahə inspektorunun dediyi yerə gəlmişdir. Sahə inspektoru ilə söhbət etdikləri zaman o, yalnız “Allahdan başqa heç kimdən qorxmuram” sözlərini söyləmişdir. İzahatında həmçinin bildirdi ki, sahə inspektorunu təhqir etməmiş və söyüş söyməmişdir. Sənədlə bağlı ondan soruşulanda ev dəftərinin olduğunu söyləmiş, lakin həmin sənəd ondan tələb olunmamışdır. Ona maşına əyləşməsi söylənmiş, o da maşına əyləşmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişdir. Hansı səbəbə gör maşına əyləşməsi barədə sahə inspektorundan soruşmuş, sahə inpsektoru isə şöbədə olanda biləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, o, 1997ci ildə Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə məhkum olunmuşdur. Əvvəlki sahə inspektoru Qorxmaz onu çağırdığı zaman hər zaman getmiş, lazımi sənədləri imzalamışdır. Hazırda günahı olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiçəsi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatlar və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmayaraq ünvansız söyüşlər söydüyündən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolun aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AZA seriyalı, 019856 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 1-ci Poliş şöbəsinin sahə inspektoru Pərviz Aslanovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə Qala qəsəbəsi, Qala dayanacağı, ev 15 ünvanında aparılan tikinti işləri ilə əlaqədar Şəxs müvafiq icazə sənədlərini istədikdə, o, küçədə polisin qanuni tələblərinə məhəl qoymayaraq səs-küy salmış, ünvansız söyüşlər söymüşdür. Şəxs dəfələrlə polisin qanuni tələblərinə əməl etməsini və sakitləşməsini bildirməsiniə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş izahatlarla və iş materialları ilə öz əksini tapmışdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, yaşadığı ünvanda apardığı tikinti işləri ilə bağlı müvafiq sənədlərin olub-olmaması barədə sahə inspektoru tərəfindən yoxlama aparılan zaman ünvansız söyüşlər söyməklə hər hansı bir sənədi verməkən imtina etmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşına “Allahdan başqa heç kimdən qorxmuram” sözlərini söyləyərək aqressivlik nümayiş etdirmiş, ictimai qaydanı pozmuş, bununla da ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu halı o, öz izahatında dolayısı ilə təsdiq etmişdir. Belə ki, Şəxs, məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, polis işçisin qarşı hər hansı bir müqavimət göstərməmiş, sadəcə “Allahdan başqa heç kimdən qorxmuram” sözlərini söyləmişdir. Bu isə onu göstərir ki, Şəxs, polisin qanuni tələblərini yerinə yetirməmiş və yetirmək niyyətində olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar