Məhkəmə qərarları › İş №3(003)-2449/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2449/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2449/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa şossesində Arif adlı şəxs idarə etdiyi “VAZ 21074” markalı, M006TM159 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş və onun idarə etdiyi “Mitsubishi L200 Pikap” **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1058,71 manat məbləğində zərər vurmuşdur. Hadisə baş verən andan tərəfindən DİN-nin 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları hadisə yerinə gələnə qədər sürücü hadisə yerindən yayınmışdır. Ona məxsus avtomobil və sürücünün fotoşəkli tərəfindən çəkilmiş, sürücü özünü Arif kimi təqdim etmiş və ***-***-**-** olan mobil telefon nömrəsini ona vermiş və ziyanı ödəyəcəyini bildirmişdir. Lakin tərəfindən dəfələrlə Bakı şəhər DYPİ-nə şikayət edilmiş, avtomobil və və onun sürücüsü axtarılmış və nəticədə hadisəni törədən Arif adlı şəxs deyil, X9 adında vətəndaşın barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Hadisəni törədən şəxsin iş yerini də tanıyır. X14 tanıyan yoxdur. Hadisə törətmiş şəxs Arifdir və onun da fotoşəkili onda var. Ona görə də şikayət edərək bildirirəm ki, həmin qərar qanunsuz və əsassızdır. X9 adlı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsindən istiadə olunaraq inzibati xəta hadisəsi onun adına rəsmiləşdirilməsi, polis orqanına saxta sənədlərin təqdim edilib-edilmədiyi araşdırılmalı, inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti düzgün müəyyən olunmalıdır. Əgər Arif və ya Vaqif Mürsəlov tərəfindən saxta sənədlərdən istifadə olunubsa barələrində cinayət qanunvericiliyinə müvafiq olaraq ciddi tədbir görülməlidir. Bakı şəhər DYPİ-də isə hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadan Bakı şəhər DYPİ-nin rəisi polis polkovniki X8 adından xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərək X9 İXM-nın 327.6-cı və 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər DYPİ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP5647723 saylı protokoldan görünür ki, 01 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X9 Bakı şəhəri, Maştağa Şossesinda idarə etdiyi “VAZ 21074” markalı, M006TM159 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nın 327.6-cı və 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-nin rəisi polis polkovniki X8 xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat yenidən araşdırılması üçün həmin orqana göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X10 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, onun maşınını vuran şəxs “Vaqif” adlı şəxs olmayıb, həmin adamın adı “Arif” olub. Hadisə zamanı onun maşınının nömrəsi yararsız hala düşmüşdür. O, “Arif”dən maşınının nömrəsini düzəltməyi xahiş etsə də, o, onun maşınının nömrəsini düzəltməmiş və onu təhqir edərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə Buzovna qəsəbəsində baş vermişdir. “Vaqif” adlı şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol səhvdir. O, inzibati tənbeh vermə haqqında qərarla razı deyil və həmin qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Bakı şəhəri DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, alınmış məlumat əsasında yol-nəqliyyat hadisəsi iştirakçılarının izahatları alınmış, hadisə yerinə baxış keçirilərək müvafiq qaydada protokol tərtib olunmuş və digər zəruri hərəkətlər edilmişdir. İzahatı alınmış X9 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla hərkətdə olan zaman Buzovna –Maştağa yolunda maşını arxaya verən zaman “Mitsubishi L200 Pikap” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Daha sonra hər iki avtomobilin sürücü avtomobildən düşmüşlər. Hadisə nəticəsində “Mitsubishi L200 Pikap” markalı avtomobilin nömrəsində batıqlar əmələ gəlmişdir. O, dəymiş ziyanla əlaqədar sürücüyə 25 manat təklif etmiş, lakin “Mitsubishi L200 Pikap” markalı avtomobilin sürücüsü birlikdə gedib nömrənin dəyişməyi təklif etmişdir. O, isə vaxtı olmadığını bildirmişdir. Etdiyi xətaya görə ona cəza protokolu tərtib edilmişdir. İzahatı onun sözləri ilə qardaşı “X12” tərəfindən yazılmışdır. İş materiallarından olan İXP ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6 maddələrinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarından olan TP ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, 01 avqust 2023-cü il tarixdə Buzovna- Maştağa şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, V.Əliyevin idarə etdiyi “VAZ 21074” markalı avtomobilin arxa hissə Z.Məmmədovun idarə etdiyi “Mitsubishi L200 Pikap” avtomobilin ön hissəsinə dəymişdir. Hadisə nəticəsində Z.Məmmədovun atomobilinin dövlət qeydiyyat nişanı əzilmişdir. Hadisə ilə bağlı V.Əliyev Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat miqdarında cərimə edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 adını “Arif” kimi qeyd etdiyi şəxs X7 qardaşıdır və o, hadisə yerində olmaqla qardaşı V.Əliyevə izahatını yazmaq üçün köməklik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmiş TP seriylı ******* nömrəli, 26 avqust 2023-cü il tarixli qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 TP seriylı ******* nömrəli, 26 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 TP seriylı ******* nömrəli, 26 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar