Məhkəmə qərarları › İş №3(003)-2452/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2452/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2452/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Pərviz Həsənli, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsi ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı Pərviz Həsənli tərəfindən Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 24 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə zərər çəkmiş şəxs X3 qarşı dələduzluq edib 200 manat məbləğində pulunu talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Pərviz Həsənli bildirmişdir ki, vətəndaş X7 xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəxs qohumuna pul köçürtmək məqsədilə kömək istəmiş, lakin həmin şəxs ondan 200 azn alaraq öz “M10” hesabına köçürtmüşdür. Əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq adlanan ərazidə Şəxs yeri müəyyən olunaraq Bakı şəhəri Xəzər rayonu 2-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Şəxs tərəfindən vurulan ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs qohumuna pul köçürtmək məqsədilə kömək istəmiş və 200 manat pul verərək nömrəsini qeyd etdiyi karta köçürülməsini xahiş etmişdir. Şəxs isə 200 manat məbləği həmin karta köçürtməmişdir. Vurulan ziyan ödənilməmişdir. İzahatına əlavə olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilir, törətdiyi əməldən peşmandır və bu hal təkrarən baş verməyəcəkdir, vurduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində İXM-nin 227ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:30-də tutulmuşdur. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1).https://eqanun.az/framework/46960 Məhkəmə iş üzrə tədqiq olunmuş halları araşdırıb hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 25, 34-1, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. 200 (iki yüz) manat məbləğində vurulmuş maddi zərər Şəxs tutulsun və zərər çəkmiş şəxs X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar