Məhkəmə qərarları › İş №3(003)-2467/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2467/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2467/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Pərviz Həsənlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən fərdi yaşayış ünvanında yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Pərviz Həsənli protokolun məzmununa uyğun izahat verərək X2 İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsisində yerləşən fərdi yaşayış ünvanında ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitədən (metanfetamin) istifadə edib. Narkotik vasitəni sonuncu dəfə bir həftə əvvəl qəbul edib. Törətdiyi əməldən peşmançılığını və bu halın təkrarən törədilməyəcəyini nəzərə alıb, barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 oktyabr 2025-ci il tarixli, 6664 nömrəli rəyindən görünür ki, X1 narkotik vasitə olan AMP(+), MOP(+), MET(+) aşkar olunur, opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində aslılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, VSİS-dən alınan məlumata əsasən X5 xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İnzibati qaydada tutma haqqında 24 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə, saat 19:30-da tutulmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X5 İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29 .3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir (maddə 115.2) Məhkəmə iş üzrə tədqiq olunmuş digər halları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əvvəllər də qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, X5 İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 34.3-cü maddəsinə əsasən ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmaqla, İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2025-ci il saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 X4 həvalə edilsin. X3 İXM-in 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar