Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2469/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi Barəsində inizbati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Beyləqan rayonu Kəbirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək iş materialları baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hadisə zamanı o içkili olmamışdır, alkotester onun mədəsində xora olduğu üçün onu içkili göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 01:13-də Şəxs “Mitsubishi Airtrek” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində sərxoş vəziyyətdə idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli xüsusi texniki vasitə alkotesterin nəticəsindən görünür ki, Şəxs 0,310% sərxoşluq müəyyən edilmişdir. - Xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün ACE-Z 642155 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Şəxs sərxoşluq vəziyyəti müəyyən olunmuş, Şəxs içkili avtomobil idarə ediyini etiraf etmiş, həkim müayinəsinə ehtiyac olmadığını qeyd etmiş, bunu imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi sərxoşluğun bütün növlərinin təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:08-də ayıq olmuşdur. Məhkəmə Şəxs məhkəməyə təqdim etdiyi sərxoşluğun bütün növlərinin təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, rəyin alınması və müayinə olunma halları qeyri-müəyyən olmaqla, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:13-də “Mitsubishi Airtrek” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi mötəbər sübutlarla, alkotesterin nəticəsi, Xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* saylı protokolda Şəxs özünün etirafı, bunu imzası ilə təsdiq etməsi və iş materiullarına olan digər sübutlarla tam təsdiq edilir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:13-də “Mitsubishi Airtrek” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-2469/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2469/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver