Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2472/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən 03 09.2023-cü il tarixdə saat 21:25 radələrində Xəzər rayonu ərazisində Qala-Türkan-Şüvəlan qəsəbələri və Pirallahı rayonuna gedən dairəvi dörd yol ayrıcında sürücü X5 idarə etdiyi “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Hyundal” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə baş yola daxil olan zaman, baş yolun girişində olan 2.4 (yol ver) nişanının tələbinə məhəl verməyib və baş yolda hərəkətdə olan avtomobillərin hərəkət intensivliyini gözləmədən idarə etdiyi avtomobil ilə baş yola daxil olaraq, baş yolda hərəkətdə olan “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olaraq öz hərəkət zolağında hərəkətdə olan “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyaqt hadisəsi zamanı "Hyundai" markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs özü sağlamlığa zərərvurmayan xəsarətə aid olan və dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır, hadisə zamanı “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yüngül dərəcəli bədən xtəsarəti almışdır, hadisə zamanı “Chevrolet Kruz” markalı avtomobilin sərnişinləri X9 və X3 yüngül dərəcəli bədən xəsarətləri, sərnişin X6 isə sağlamlığa zərərvurmayan xəsarətə aid olan və dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər rayon DYPŞ nümayəndəsi, Şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 2/19256 nömrəli, 03 sentyabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan 2/31374 nömrəli, 04 sentyabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 alkoloq sərxoşluq vəziyyəti “ayıq” olmuşdur. İş materillarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2023-cü il tarixli, 1070 saylı rəyində görünür ki, 1999-cü il təvəllüdlü Şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — sol bazunun, sol saidin, qarnın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X16" X18 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyy – hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materillarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2023-cü il tarixli, 1076 saylı rəyində görünür ki, 1995-ci il təvəllüdlü X4 məhkəmə-tibb ekspertizasına “əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.N.G.Xəlillinin bədəni üzərində aşkar edilmiş xəsarət — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər saglamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2023-cü il tarixli, 1075 saylı rəyində görünür ki, 1955-ci il təvəllüdlü X7 məhkəmə-tibb ekspertizasına sasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.C.C.Ələkbərovun bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ gözaltı nahiyyənin, sağ bazunun, bel nahiyyəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materillarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2023-cü il tarixli, 1068 saylı rəyində görünür ki, 1999-cu il təvəllüdlü X2 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. K.Ç. Fərzəliyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ göz yuvasının, sol dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb-müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materillarında olan Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2023-cü il tarixli, 1069 saylı rəyində görünür ki, 1988-ci il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. V.Ç.Fərzəliyevanın bədəni üzərində aşkar edilmiş xəsarət - üst dodağın selikli qişasının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəlizərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, "Hyundai" markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində isə AR İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X19 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, 03 09.2023-cü il tarixdə saat 21:25 radələrində Xəzər rayonu ərazisində Qala-Türkan-Şüvəlan qəsəbələri və Pirallahı rayonuna gedən dairəvi dörd yol ayrıcında sürücü X5 idarə etdiyi “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Şəxs idarə etdiyi “Hyundal” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə baş yola daxil olan zaman, baş yolun girişində olan 2.4 (yol ver) nişanının tələbinə məhəl verməyib və baş yolda hərəkətdə olan avtomobillərin hərəkət intensivliyini gözləmədən idarə etdiyi avtomobil ilə baş yola daxil olaraq, baş yolda hərəkətdə olan “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olaraq öz hərəkət zolağında hərəkətdə olan “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyaqt hadisəsi zamanı "Hyundai" markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs özü sağlamlığa zərərvurmayan xəsarətə aid olan və dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır, hadisə zamanı “Chevrolet Kruz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 yüngül dərəcəli bədən xtəsarəti almışdır, hadisə zamanı “Chevrolet Kruz” markalı avtomobilin sərnişinləri X9 və X3 yüngül dərəcəli bədən xəsarətləri, sərnişin X6 isə sağlamlığa zərərvurmayan xəsarətə aid olan və dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Zaur Tağıyev