Məhkəmə qərarları › İş №3(003)-2473/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2473/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2473/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1987-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində sərxoş vəziyyətdə ünvansız söyüşlər söyərək xırda quliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, içkili vəziyyətdə olduğundan hərəkətlərini dərk etməmiş, polis şöbəsinə necə aparıldığını bilməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Bəhruz Qurbanov göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs içkili vəziyyətdə Binə qəsəbəsində küçədə uca səslə ünvansız nalayiq söyüşlər söydüyünə, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmadığına görə polis şöbəsinə dəvət olunmuşdur. Şöbədə olarkən Şəxs səs-küy salaraq onun ünvanına nalayiq söyüşlər söymüş, şöbənin iş rejimini pozmuşdur. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş 1/4395 saylı xx.xx.2023-cü il tarixli saat Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcədə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cüil tarixdə saat 14:50-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddələri ilə təqsirli bilinərək 25 gün müddətə inzibati həbs olunmuşdur. Məhkəmə Şəxs əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qüvvəyə mindiyi gündən 01 il ərzində eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməli, məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 16 sentyabr 2023-cü il tarixdən saat 14:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar