Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2475/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30279545 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30279545 saylı inzibati tənbeh vermə haqqında qərarından vətəndaş X4 şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi qərardan məhkəməyə şikayət vermə müddətini bu səbəbdən buraxmışdır ki, həmin qərardan Ombudsmana şikayət etmiş və onlardan cavab gözləmişdir. Müraciət müəllifinə ünvanlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən inzibati xəta ilə bağlı X3 Ombudsmana ünvanlandığı müraciətinə ətraflı cavab verilmişdir. İXM-nin müddəalarına görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 126-cı maddəsi). İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir (İXM-nin 130-cu maddəsi). Məhkəmə iş üzrə materialları araşdırıb, müraciət müəllifini dinləyərək, qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30279545 saylı inzibati tənbeh vermə haqqında qərarından vaxtında məlumatlandırılımasına baxmayaraq, məhkəməyə deyil, digər quruma şikayət verilməsi buraxılmış müddətin bərpası üçün əsas sayıla bilməz, bu səbəbdən onun yuxarıda göstərilən qərardan şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Göstərilənlərə əsasən və İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30279545 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(003)-2475/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2475/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver