Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2487/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət qızının sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək müvafiq qərardadla Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün materiallar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol həqiqəti əks etdirmir, yol patrul xidməti (YPX) əməkdaşları tərəfindən saxlanılarkən spirtli içki qəbul etməmiş, boğazı ağrıdığı üçün bir qədər öncə araqla boğazını “qar-qara” etmişdir. Bu səbəbdən YPX əməkdaşları tərəfindən protokol tərtib edildikdən sonra həkim müayinəsində keçmiş və müayinənin nəticəsinə uyğun olaraq onda alkoqol qəbulu əlamətlərinin olmaması barədə müvafiq sənəd verilmişdir. Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs **-OZ-*** dövlət nömrə nişanlı “VAZ-21074” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun əməlində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 08.30-da sərxoşluq vəziyyətini müəyyən etmək üçün nəzərdə tutulmuş xüsusi texniki vasitədən istifadə edərkən Şəxs şərxoş halda nəqliyyat vasitəsini idarə etməsi, alkoqolun miqdarının 0,5414 promil olması müəyyən edilmiş, sürücü Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini etiraf edib alkotester göstərici ilə razı olduğunu, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını bildirərək, spirtli içki olan arağı “qar-qara” məqsədilə qəbul etdiyini qeyd etmişdir. Barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında ******* №-li xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 10.35-də müayinədən keçirilərək Şəxs alkoqol qəbulu əlamətlərinin olmaması aşkar edilmişdir. Spirtli içki qəbul etmədiyi halda hansı səbəbdən YPX əməkdaşları tərəfindən tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini etiraf edib alkotester göstərici ilə razı olması, həkim müayinəsindən keçməyə ehtiyac olmadığı, spirtli içki olan arağı qəbul etməsi barədə öz xətti ilə yazılı qeyd aparıb imza etməsi barədə soruşulduqda, Şəxs məhkəmə iclasında bildirmişdir ki, YPX əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasa da, onlara inanıb həqiqətə uyğun olmayan qeydləri sözügedən protokolda icra edib imzası ilə təsdiq etmişdir. Şikayət vermiş şəxs Şəxs Respublika Narkoloji Mərkəzində müayinədən keçməsi və onun sərxoş olmamasının sübutu kimi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında ******* №-li xx.xx.2025-ci il tarixli protokolun tərtib olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 08:30-da yerində aşkar olunmuş, Şəxs isə saat 10:35-də tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqi şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Həmçinin orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənməsi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 məktubu) Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. İXM-nin müddəalarına əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməl nəticəsində həm özünün, həm də ətrafdakı şəxslərin həyatına təhlükə yaratmasını, bu əməlin baş verə biləcək təhlükəli nəticələrini özlüyündə qəbul etməyib məsuliyyətdən yayınmağa çalışmasının gələcəkdə də analoji xətalara yol verəcəyinə kifayət qədər əsas verməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-2487/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2487/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver