Məhkəmə qərarları › İş №3(003)-2492/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2492/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2492/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Alqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 2 azyaşlı uşağı olan, deməsinə görə fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Cəlilabad rayonu, Əliqasımlı ərazi dairəsi, Əliqasımlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 2, ev 32A-da yaşayan Şəxs Haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 21 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3740/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanması üçün hər ay cəmi 174 manat sabit pul məbləğində alimenti X4 ödəməyərək xx.xx.2012-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X6 ilə Şəxs arasında 17 iyun 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 13 fevral 2006-cı il tarixdə anadan olmuş X2 və 18 mart 2009-cu il tarixdə anadan olmuş X5 iddiaçı X3 yanında və himayəsində saxlanılması, X2 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 may 2012-ci il tarixdən cavabdeh Şəxs qazancından hər uşağa görə 87 manat, cəmi 174 manat məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi aidiyyati üzrə Bakı Şəhəri Xəzər Rayon İcra şöbəsinə gəndərilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Şəxs bu günə olan aliment borcu 3846 manat təşkil edir. Tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, pulu olmadığı üçün alimenti ödəyə bilməmişdir. Tələbkar uşaqları ona qarşı öyrədir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 göstərdi ki, borclu qərəzli olaraq hər dəfə alimentin ödənilməsini yubadaraq pulunun olduğu halda alimenti ödəməyəcəyini söyləyir. O, hazırda alimentin ödənilməsini tələb edir. Əks halda, borclu Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, X6 ilə Şəxs arasında 17 iyun 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 13 fevral 2006-cı il tarixdə anadan olmuş X2 və 18 mart 2009-cu il tarixdə anadan olmuş X5 iddiaçı X3 yanında və himayəsində saxlanılması, X2 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 may 2012-ci il tarixdən cavabdeh Şəxs qazancından hər uşağa görə 87 manat, cəmi 174 manat məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 21 sentyabr 2023-cü il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar