Məhkəmə qərarları › İş №3(003)-2492/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2492/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2492/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri Xəzər rayonu X14 sahəsi ev 516 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 7660 manat məbləğində pul və Zərərçəkmiş şəxs xeyrinə 13000 manat məbləğində pul tutulub müvafiq olaraq mülki iddiaçılar X4 və Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi məhkumun cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməkdən qəsdən yayınır. Belə ki, ona ünvanlanmış bildirişlərə əhəmiyyət verməmiş, icra şöbəsinə çağırılsa da imtina etmiş, barəsində axtarış elan edilmişdir. Axtarışın nəticəsində o, icra şöbəsinə gətirilmişdir. Borclu icra sənədi üzrə heç bir məbləğdə borc ödəməmiş və ödəməkdən də imtina edir. Bu səbəbdən də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onun icra sənədindən məlumatı olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs xeyrinə 13000 manat məbləğində pul verməlidir. Mülki iddianın təmin edilməsindən məlumatı olsa da hesab etmişdir ki, artıq həmin iddia yaddan çıxmışdır. Hazırda həmin məbləği dərhal ödəməyə imkanı yoxdur. Hissə-hissə həmin məbləği ödəyəcəkdir. X4 da pulun hissə-hissə ödənilməsi barədə razılaşmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Gömrük orqanlarında çalışır. Şəxs onunla tanışlıq yaradaqraq onu aldatmış, onunla ailə quracağını bildirmiş, ondan iş qurmaq üçün ondan 13000 manat pul istəmiş, o da 13000 manat kredit götürərək Şəxs vermişdir. Kredit götürdüyü məbləği Şəxs verdikdən sonra o yoxa çıxmışdır. Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədini icra etməkdən yayınmışdır. Ona pul verməyəcəyini bildirmişdir. İcra sənədindən məlumatı olmaması barədə dedikləri tamamilə yalandır. Ona heç bir məbləğ qaytarılmamışdır. Şəxs anası səhər ona zəng edərək pulunu hissə-hissə ödəyəcəklərini bildirmişdir. O pulunun tam ödənilməsini tələb edir, şikayətçidir və Şəxs ciddi cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş: -MN ******* nörməli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(005)- 93/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs X3 xeyrinə 7660 manat məbləğində pul və Zərərçəkmiş şəxs xeyrinə 13000 manat məbləğində pul tutulub müvafiq olaraq mülki iddiaçılar X4 və Zərərçəkmiş şəxs ödənilməlidir. -xx.xx.2023-cü il tarxili icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. - 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Şəxs tərəfindən icra sənədi üzrə heç bir ödəniş aparılmadığından, icra sənədinin icra edilməsi mümkün olmamışdır. - Borlunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X7 barəsində axtarış elan edilmişdir. - Elektron məhkəmə informasiya sistemində Şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində bir uşağı vardır: xx.xx.2019-cu il təvəllüdlü X8. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Şəxs cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, 17 saylı Cəzaçəkmə Müəssisəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə ünvanladığı məktubunda məhkum tərəfindən heç bir ödənişin aparılmadığını, icra sənədinin icra edilməsinin mümkün olmadığını bildirilmişdir. Qeyd edilən faktla Şəxs icra sənədindən məlumatlı olması müəyyən edilmişdir. Onun adına bank hesabları olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir bank hesabı aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədi üzrə tələbi icra məmuru tərəfindən verilmiş müddətdə yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmışdır. İcra sənədi üzrə tələbin yerinə yetirilməməsinin səbəbi isə onun icra sənədi üzrə tam məbləği ödəmək imkanının olmaması olmuşdur. Bu səbəbin isə üzürlü hesab edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olunması mümkün deyildir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əvvəllər məhkum edilməsini və şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X6 X1 həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar