Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-25/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş "xxxx" MMCnin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi ilə telefon əlaqəsi saxlanılmış və o, icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. "xxxx" MMC-nin direktoru P.S.Əlili məhkəməyə mülahizə ünvanlayaraq orada bildirmişdir ki, “X2" MMC-nin M701 F tipli rotoru xx.xx.2022-ci il tarixində "MHPSE" şirkətinə təmir üçün göndərilib və xx.xx.2022-ci tarixli, QTO-MHPSE-TKY-20017 nömrəli müqaviləyə əsasən təmir üçün nəzərdə tutulan məbləğdən ilkin 70% (yetmiş) xx.xx.2022cil il tarixində ödənişi edilib. Müqaviləyə əsasən rotorun təmir işləri 26 ay ərzində icra olunub geri qaytarılmalıdır. Rotorun 2024-cü ilin noyabr ayında daşınması və Bakıya çatdırılmasını aşağıdakı səbəblərə görə icra etmək mümkün olmamışdır. M701 F tipli rotorun xx.xx.2022-ci il tarixdə "MHPSE" şirkətinə göndərilməsinə baxmayaraq, əlavə planlaşdırılmamış təmir və əlavə işlərin icrası üçün tələb olunan yeni ehtiyyat hissələrin sifarişləri vaxtında təmin olunmaması və çatdırılmaması ümumi təmir müddətini uzatmışdır. xx.xx.2024-cü il tarixində işlərinin tamamlanması və son 30% (otuz) ödənişin hesab-fakturası istənilmiş və xx.xx.2024-cü il tarixdə ödəniş həyata keçirilmişdir. 11-24 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində BMT-nin İqlim Dəyişiklikləri üzrə çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar üzərlərinə qoyulan öhdəliklərin yerinə yetirilməsi və stansiyanın etibarlı və dayanıqlı işinin təmin edilməsi, tələbatçılara fasiləsiz elektrik enerjisinin təchizatı üçün əsas imkanlarını bu istiqamətdə səfərbər etmişlər. Bundan əlavə logistika işlərinin yubanmasına əsas səbələrdən biri də son dövrlərdə dünya üzrə baş verən qlobal müharibələr müddətində normal daşınma yollarının məcburən istiqamətinin dəyişdirilməsinə, uzaq və daha təhlükəsiz yollardan istifadə yollarının axtarışı təmir olunmuş rotorun vaxtında qaytarılmamasına səbəb olmuşdur. Hal-hazırda logistika işləri icra olunur. Yuxarıda qeyd olunanların cari illərə təsadüf etməsini və təmirə verilmiş ağır tonlu rotorun təhlükəsiz daşınmasının təşkil edilməsinin yaxın zamanda yerinə yetiriləcəyini nəzərə alaraq, 3(003)-2340/2024 iş üzrə cərimə tətbiq olunmamasını və tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 1190000.00 AVRO məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin pul məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -"xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 16143 saylı məktubundan, həmin məktuba əlavə edilmiş köçürmə haqqında çıxarışın, köçürmə ərizəsindən və xx.xx.2022-ci il tarixli, QTO-MHPSE-TKY-20017 nömrəli müqavilənin surətlərindən görünür ki, "xxxx" ASC vasitəsilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 1190000.00 EUR məbləğində pulun “X3 LTD” şirkətinə köçürülmə əməliyyatı aparılmışdır. -"xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 16243 saylı məktubundan görünür ki, “X3 LTD” şirkətinə köçürülmə edilmiş ******* EURO avans ödənişi xx.xx.2025-ci il tarixdə Mərkəzi Bankın göstərişinə əsasən aktla bağlanılmışdır. -"xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Kapital Bank ASC-də olan AZ86AİİB******************** saylı hesablaşma hesabından QTO-MHPSE-TKY-20017 saylı xx.xx.2022-ci il tarixli müqavilə əsasında “X3 LTD” şirkətinin xeyrinə xx.xx.2022-ci il tarixində 1190000.00 EUR məbləğində, xx.xx.2024-cü il tarixdə isə 510000 EUR məbləğində avans vəsait köçürülmüşdür. -********** nömrəli gömrük bəyyanaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, QTO-MHPSE-TKY-20017 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022ci il tarixdə ”X3 LTD” şirkətinə göndərilmiş 1190000.00 EUR məbləğində pul müqabilində alınmış mallar müvafiq müddətdə ölkə ərazisinə idxal edilmişdir. -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 6-1-21/2-770/2025 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən avans olaraq köçürülmüş ******* avro məbləği ilə əlaqədar təmir işləri müvafiq akt əsasında xx.xx.2024-cü il tarixdə tamamlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Lakin hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 1190000.00 EUR məbləğində xarici valyutada olan vəsait hesabına alınan mallar ölkə ərazisinə müvafiq müddətdə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-25/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-25/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver