Məhkəmə qərarları › İş №3(003)-2502/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2502/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2502/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 31 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan ərazidə Şəxs idarə etdiyi “Fiat Fiorino” minik markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Porsche Cayenne” minik markalı, **-UC- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Fiorino” minik markalı, **-JB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və həmin avtomobildə sərnişin qismində olan X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdırlar. Toplanmış material üzrə araşdırma aparılmış, araşdırma nəticəsində yol-nəqliyyat hadisəsinin iştirakçılarının əməllərində cinayət tərkibi olmadığından Xəzər RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xəzər rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Səmədovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və materialın əlavə araşdırılması üçün Xəzər RPİ İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Xəzər RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Xəzər rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə Xəzər RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Azər Səmədovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş və materialın əlavə araşdırılması üçün Xəzər RPİ İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Xəzər RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən qəbul edilmiş 603/21 material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Xəzər RPİ İŞ-nə göndərilmişdir. Daha sonra Xəzər RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hər iki şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Xəzər rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 6(003)-56/2022 saylı qərarın ilə Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 avqust 2022-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Xəzər RPİ İŞ-nə göndərilmişdir. Daha sonra Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərovun 12 iyul 2023-cü il tarixli qərarı toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunmuş, “Porsche Cayenne” markalı, **- UC-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və “Fiat Fiorino” markalı, **-JB-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Xəzər RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 6(003)-55/2023 saylı qərarından görünür ki, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Məmməd Cəfərovun “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cinayət işinin materiallarının əlavə istintaq aparılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə istintaq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin əməlinə cinayət tərkibinin olmasına hüquqi qiymət verilmədən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokola məhkəmədə baxılması mümkün deyildir. Bu səbəbədən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar