Məhkəmə qərarları › İş №3(003)-2513/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2513/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2513/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Ramil Cəfərovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1 qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 sentyabr 2023-cü il tarixli protokola əsasən Şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 22:00-da Binə qəsəbəsi Ə.İsazadə küçəsində polisin əməliyyat tədbirinə müdaxilə etmiş, polisin ünvanına söyüşlər söymüş, qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qonşuları Samir, Cəmil, Elşənlə birlikdə yaşadığı evin darvazasının qarşısında dayanmışlar. Həmin vaxt qonşunun həyətindən səs-küy gəlmiş və onlar nə baş verdiyini öyrənmək üçün digər qonşunun darvazasına yaxınlaşmışlar. Səs-küy gələn həyətdə polisin əməliyyat qrupu toplanmışdır. Tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu, nəyə görə burada dayandığını soruşmuş, sonra əlini cibindən çıxarmasını demişdir. Həmin vaxt onun polis olduğunu bilmişdir. Polis əməkdaşı onun qollarını burub yanında olan qonşularının gözü qarşısında onu döymüşdür. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Heç bir günahı olmadığını bildirərək barəsində ədalətli qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Ramil Cəfərov göstərdi ki, xx.xx.2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Binə qəsəbəsi, Ə.İsazadə küçəsində keçirdikləri tədbirlə bağlı İlham adlı şəxsi tutub apararkən Şəxs həmin vaxt onlara mane olmuşdur. Polis əməkdaşı ondan bu əməlinə son qoymasını tələb etməsinə baxmayaraq o, öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ilə bağlı BNMİ-nin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Şəxs kənardan söyüşlər söyərək polis əməkdaşlarının xidmətlərini yerinə yetirməsinə maneçilik törətmişdir. Ona hadisə yerindən uzaqlaşması bildirilsə də o, polisin ünvanına nalayiq ifadələr işlədərək öz əməllərini davam etdirmişdir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşlarının hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 21 sentyabr 2023-cü il tarixdən saat 22:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar