Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2516/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtub edən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Hüseyn Zalovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 06 iyul 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 3 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, “Hicaz” şirkətində sürücü işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən Şəxs 22 sentyabr 2023-cü il tarixdə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, X3 narkotik vasitə aludəçisi olaraq ailə üzvləri ilə münaqişə edərək bıçaqla xəsarət yetirmək istəmiş, oraya gələn polis əməkdaşlarının göstərişlərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, arvadı Səidəyə qardaşı Nazimdən ona olan borcunu istəməsini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin vaxt o, bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Oraya polis əməkdaşları gəlmişdir. Əməlindən peşman olduğunu bildirərək yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Hüseyn Zalov göstərdi ki, Şəxs narkotik vasitələrin istifadəçisidir, bu səbəbdən ailələrində tez-tez münaqişələr olur. Şikayətlə bağlı ünvana Binə qəsəbəsi, X1 evlərinə getdikdə Şəxs əlində bıçaq olduğunu və özünə xəsarət yetirmək istədiyini görmüşlər. Onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, əməllərini davam etdirmişdir. Bu gün saat 11:00-da saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X2 narkotik aludəçisi olan əri Şəxs əlində bıçaqla ona hücum etmişdir. Bu səbəbdən o, 3-cü PŞ-nə ərizə ilə şikayət etmişdir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, X4 xx.xx.2023-cü il tarixdə saat 11:00-da saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmışdır. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 22 sentyabr 2023-cü il saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2516/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2516/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver