Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2519/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Ağayeva (Məmmədova) Lalə Rahib qızının iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1346/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 155 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməlidir. Hazırda həmin icra sənədi üzrə Şəxs 775 manat borcu vardır və o, həmin borcu ödəməkdən yayınır. Ona görə də Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib əlamətləri olduğundan onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Ağayeva (Məmmədova) Lalə Rahib qızı izahatında bildirmişdir ki, 2018-ci ildən 2 il ərzində ödəniş olmamış, sonra şikayəti əsasında caabdeh borclarını ödəmişdir. Şəxs ümumiyyətlə uşağı ilə maraqlanmır, alimenti onun atası ödəyir. Sonuncu dəfə o 2023-cü ilin fevral və mart aylarında 100 manat ödəniş etmiş və bundan sonra ödənişlər etməmişdir. Ona görə də onu inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ikinci dəfə ailə qurmuş, 2 azyaşlı uşağı var. O, 2 ay 20 gün işsiz qalmış, buna görə də imkanı olmadığından ödənişlər edə bilməmişdir. Hazırda işləyir və qısa müddət ərzində ödəniş etməyə başlayacaqdır. O, alimenti ödəməkdən yayınmır. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-1346/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 155 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməlidir. -xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş icra sənədi üzrə borclu Şəxs rəsmi qaydada təqdim edilmişdir. -tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, ərizəsində borclu Şəxs tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1346/2018 saylı icra sənədi üzrə 2021-ci ilin oktyabr ayınadək olan borcların ödənildiyini bildirir. -tələbkar X5 tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ərizəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1346/2018 saylı icra sənədi üzrə borclu Şəxs 775 manat aliment borcunun olduğunu bildirmişdir. -borclu Şəxs icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, son 7 ay ərzində 1540 manat ödəniş etdiyini, işləmədiyini, 2 övladı olduğunu və maddi vəziyyətinin pis olduğunu bildirir. -Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncuya icra sənədi üzrə aliment borcunun 775 manat təşkil etməsi bildirilməklə xx.xx.2023-cü il tarixində şəxsiyyətini təsdiq edn sənədlə birlikdə Bakı şəhəri Xəzər İcra şöbsin gəlməsi və tələbin təmin edilməsi, əks halda həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından görünür ki, hazırki halda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-1346/2018 saylı icra sənədinin Şəxs üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyil. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, qeyd olunan icra sənədi üzrə ödənişlər Şəxs tərəfindən aparılmış və hazırda onun ödənilməmiş 775 manat borcu vardır. Həmin borcun isə ödənilməsi üçün icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixindək vaxt təyin edilmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2519/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2519/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver