Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2528/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai HD 35” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin hüquqi şəxsin ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 25d ünvanı qeyd edilməklə Şəxs MMC-yə ünvanlanmış sorğuda MMC-nin mülkiyyətində olan “Hyundai HD 35” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya əlavə edilmiş SX047413945AZ ştrix kodlu xəbərnamədən görünür ki, bu sorğu xx.xx.2025-ci il tarixdə Natik Qasımov adlı şəxs tərəfindən qəbul edilmişdir. SX047413945AZ ştrix kod üzrə poçt izləməsi ilə müəyyən edilir ki, sənəd xx.xx.2025-ci il tarixdə AZ1072 poçt şöbəsinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə AZ1075 poçt şəbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarxidə çatdırlıma uğursuz olduğundan xx.xx.2025-ci il tarixdə yenidən AZ1072 poçt şəbəsinə qaytarılaraq alıcıya çatdırılmışdır. Burada AZ1072 poçt şöbəsinin ünvanı – Bakı şəhəri, Nərimanov r-nu, Aşıq Alı 4 А, AZ1075 poçt şöbəsinin ünvanı isə - Bakı şəhəri, Nərimanov r-nu, Nadir Əliyev küçəsidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 göstərmişdir ki, baş vermiş inzibati xəta haqqında məlumatları olmayıb və bu barədə heç bir bildiriş şirkətə daxil olmayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin çıxarışından da görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən təmsil etdiyi hüquqi şəxsin ünvanı ünvan 5ı şəhəri Nərimanov Rayon DYP şöbəsi isə bildirişi onların əvvəlki hüquqi ünvanlarına, yəni ünvan 7şlər. Bildiriş vaxtında onlara çatdırılsa idi, mülkiyyətlərində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu əsasında verərdilər. Yalnız müvafiq materiallar məhkəməyə daxil olduqdan sonra belə bir sorğudan məlumatları olmuş və dərhal bu barədə Bakı şəhəri Xəzər Rayon DYP şöbəsinə sürücü barədə məlumat vermişlər. Təmsil etdiyi hüquqi şəsin Natik Qasımov adlı əməkdaşı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqına protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə qeydiyyata alnmış Şəxs MMC-nin əvvəlki hüquqi ünvanı AZ1075 ünvan 8ı isə xx.xx.2023-cü il tarixdən AZ1090 ünvan 9 ünvandır. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasından görünür ki, geyd edilən maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati qaydada məsuliyyət nəzərdə tutur və bu maddə ilə inzibati məsuliyyətin yaranması üçün ilk növbədə hüquqi şəxsə inzibati orqanın müvafiq sorğusunun çatdırılması tələb olunur. Lakin hazırkı halda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Şəxs MMC-yə ünvanlandığı sorğu məktubunun hüquqi şəxs tərəfindən qəbul edilməsi və qanunla nəzərdə tutulmuş qaydada sorğuya cavab verilməməsi toplanmış materiallarla heç bir halda sübuta yetirilmir. İXM-nin müddəalarına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İXM-nin 12.1-ci maddəsi). Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). Beləliklə, Şəxs MMC-nin İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair əməli sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs MMC-nin İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair əməli sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(003)-2528/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2528/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver