Məhkəmə qərarları › İş №3(003)-2548/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2548/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2548/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X13 Həşim qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 xidməti 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi-müfəttişi Nümayəndə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 xidməti 1 saylı Bakı Regional Bölməsinin baş məsləhətçi-müfəttişi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktorunun sosial xidmətlər üzrə müavini X4 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Şəxs ASC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokolla hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokolu müdafiə edərək hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş protokolun əsaslı olduğundan hüquqi şəxs "xxxx" MMC barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X3 xidməti 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi-müfəttişi X5 protokolu müdafiə edərək "NB Qrup ” MMC barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, o birbaşa Şəxs MMC-də keçirilən manitorinqdə iştirak etmiş və ‘‘X6” MMC tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlarına “kontrakt ərazilərinə fərqli mənbələrdən çirkab suların axıdılması nəticəsində ərazidə gölməçənin əmələ gəlməsi” ilə əlaqədar ünvanlanmış xx.xx.2025-ci il tarixli TQC/04-600/25 nömrəli məktubu Bölmənin xx.xx.2025-ci il tarixli 061 nömrəli sərəncamına əsasən tərəfindən arasdırıldı.Arasdırma ilə əlaqədar Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yasayıs massivi ərazisindəki “X7” MMC-nin neft mədən ərazisinə (koordinatlar: 40°30,46.2,,N 50°03,05.7,,E) MMC nümayəndələrinin iştirakı ilə birgə baxış keçirilərkən təxminən 4 ha yaxın sahəni əhatə edən çirkab su gölməçəsinin yarandığı məlum olmuşdur. Monitorinq müddətində çirkab suyun mənbəsinin müəyyənləşdirilməsi məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yasayıs massivi ərazisindəki Ağaəmi Rəhimov küçəsindəki əraziyə (koordinatlar: 40°3T35.5"N 50°03,28.2"E) baxış keçirilərkən "xxxx" ASC tərəfindən iri diametrli boru vasitəsilə çirkab və tullantı sularının axıdıldıqı müəyyən edildi.Sözügedən faktlarla baqlı Şəxs ASC-nin nümayəndələri ilə qörüs keçirildi. Görüs zamanı Şəxs ASC-nin direktor müavini Aslan Taqıvev (+994 50-235-60-35) şifahi olaraq müəssisədə yaranan çirkab və tullantı suları ücün sambonun olduğunu, orada qalıq bərk hissələrin müqavilə əsasında təhvil verildiyini, qalan suların təmizləyici qurğuda təmizləndiyini və yaşıllıqların suvarılmasında istifadə edildiyini bildirmiş, lakin zamanzaman tullantı suların həmin əraziyə axıdılmasın bildirsə də bununla baqlı yazılı izahat verməkdən imtina etdi. Araşdırma müddətində müəssisənin ərazisinə baxış keçirmək də mümkün olmadı. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər monitorinq aktına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktorunun sosial xidmətlər üzrə müavini X10 izahatında bildirmişdir ki, fəaliyyətdə olduqları müddətdə boya istehsalı ilə məşğuldurlar. Müəssisədə formalaşan çirkab sularının yığılması ilə bağlı şambo mövcuddur. Müəssisə kənarında əməkdaşlar tərəfindən aşkar olunmuş süni gölməçəyə gəldikdə kanalizasiya sistemi olmadığından bu baş vermişdir. Həmin ərazinin ‘‘X6” MMCyə məxsus olduqlarından məlumatsız olmuşlar. İndiyə qədər bununla bağlı ona heç bir irad bildirilməmişdir. Bir daha bu kimi hallara yol verməyəcəklərini bildirərək barələrində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "NB Qrup ” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvanında yerləşən "NB Qrup ” MMC-yə məxsus istehsalat müəssisəsində 01 oktyabr 2025-ci tarixində istehsalatda formalaşan tullantı və çirkab sular birbaşa olaraq küçəyə və çölə axıdılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ‘‘X8” MMC tərəfindən Azərbaycan Dövlət Su Evtivatlarına “kontrakt ərazilərinə fərqli mənbələrdən çirkab suların axıdılması nəticəsində ərazidə gölməçənin əmələ gəlməsi” ilə əlaqədar ünvanlanmış xx.xx.2025-ci il tarixli TQC/04-600/25 nömrəli məktubu Bölmənin xx.xx.2025ci il tarixli 061 nömrəli sərəncamına əsasən tərəfimizdən tərəfimizdən verində arasdırıldı.Arasdırma ilə əlaqədar Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq vasavıs massivi ərazisindəki “X8” MMC-nin neft mədən ərazisinə (koordinatlar: 40°30,46.2,,N 50°03,05.7,,E) MMC nümayəndələrinin iştirakı ilə birgə baxış keçirilərkən təxminən 4 ha yaxın sahəni əhatə edən çirkab su gölməçəsinin yarandığı məlum olmuşdur. Monitorinq müddətində çirkab suyun mənbəsinin müəyyənləşdirilməsi məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq vasavıs massivi ərazisindəki Aqaəmi Rəhimov küçəsindəki əraziyə (koordinatlar: 40°3T35.5"N 50°03,28.2"E) baxış keçirilərkən "xxxx" ASC tərəfindən iri diametrli boru vasitəsilə çirkab və tullantı sularının axıdıldıqı müəyyən edildi.Sözügedən faktlarla baqlı Şəxs ASC-nin nümayəndələri ilə qörüs keçirildi. Görüs zamanı Şəxs ASCnin direktor müavini Aslan Taqıvev (+994 50-235-60-35) şifahi olaraq müəssisədə yaranan çirkab və tullantı suları ücün sambonun olduğunu, orada qalıq bərk hissələrin müqavilə əsasında təhvil verildiyini, qalan suların təmizləyici qurğuda təmizləndiyini və yaşıllıqların suvarılmasında istifadə edildiyini bildirmiş, lakin zaman-zaman tullantı suların həmin əraziyə axıdılmasın bildirsə də bununla baqlı yazılı izahat verməkdən imtina etdi. Araşdırma müddətində müəssisənin ərazisinə baxış keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin 061 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, xx.xx.2025-ci il tarixli 061 nömrəli monitorinqin həyata keçirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin 061 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, Xəzər rayonu ərazisi üzrə monitorinqnəzarət tədbiri həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan "NB Qrup ” MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən monitorinq aparılarkən müəssisəyə məxsus istehsal sahəsindən tullantı sularının kənara axıdılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk daşıyıcısına baxış keçirilərkən "NB Qrup ” MMC-yə məxsus istehsalat müəssisəsinin ərazisindən kənara çirkab, həmçinin istehsalat tullantı sularının axıdılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin dispozisiyası su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuş və bu səbəbdən "NB Qrup ” MMC barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən "İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən "Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. "NB Qrup ” MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən "İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, "NB Qrup ” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "NB Qrup ” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar