Məhkəmə qərarları › İş №3(003)-255/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-255/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-255/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Qazıməmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 №li yataqxanada qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 10 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2016-cu il tarixli 2(003)-2589/2016 saylı icra vərəqəsinə əsasən X4 və Şəxs birgə qaydada əsas borc 2068,92 manat, faiz borcu üzrə 432,1 manat, cərimə üzrə 20 manat, cəmi 2521,02 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2016-ci il tarixli 2(003)-5018/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 772,20 ABŞ dolları məbləğində əsas borc, 108,12 ABŞ dolları məbləğində faiz borcu, 41,82 ABŞ dolları məbləğində cərimə, cəmi 922,14 ABŞ dolları məbləğində borcu əmrin icra edildiyi günə olan manar məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(003)-3751/2018 saylı icra vərəqəsinə əsasən X1 və Şəxs birgə qaydada "xxxx" MMCnin xeyrinə borc üzrə 440 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2016-cu il tarixli 2(003)-2589/2016 saylı, 05 avqust 2016-ci il tarixli 2(003)-5018/2016 saylı və 24 sentyabr 2018-ci il tarixli 2(003)-3751/2018 saylı icra sənədlərini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2016-cu il tarixli 2(003)-2589/2016 saylı icra vərəqəsinə əsasən X4 və Şəxs birgə qaydada əsas borc 2068,92 manat, faiz borcu üzrə 432,1 manat, cərimə üzrə 20 manat, cəmi 2521,02 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2016-ci il tarixli 2(003)-5018/2016 saylı məhkəmə əmrinə əsasən Şəxs 772,20 ABŞ dolları məbləğində əsas borc, 108,12 ABŞ dolları məbləğində faiz borcu, 41,82 ABŞ dolları məbləğində cərimə, cəmi 922,14 ABŞ dolları məbləğində borcu əmrin icra edildiyi günə olan manar məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(003)-3751/2018 saylı icra vərəqəsinə əsasən X1 və Şəxs birgə qaydada "xxxx" MMC-nin xeyrinə borc üzrə 440 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutulmalıdır. 10 fevral 2022-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, icra vərəqəsi üzrə borcunun olduğunu etiraf edir, lakin icra sənədini üzrlü səbəblərdən icra edə bilməmişdir. Belə ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmişdir. Hazırda "xxxx" MMC-də çilingər vəzifəsində işləyir və və əmək haqqı 594 manat təşkil edir. İcra sənədləri üzrə borcunu hissə-hissə ödəyəcəyini bildirərək onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarışın surətindən görünür ki, Şəxs "xxxx" MMC-də çilingər vəzifəsində işləyir və onun aylıq əmək haqqı 594 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin 08 iyul 2022-ci il tarixli məktubunun surətindən görünür ki, borclu Şəxs 460 manat borcu "xxxx"xxxx"xxxx" MMCyə təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin 08 iyul 2022-ci il tarixli məktubunun surətindən görünür ki, borclu Şəxs 922,14 ABŞ dolları və 20 manat dövlət rüsumu "xxxx"xxxx"xxxx" MMC-yə təklif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətalara dair qanunvericiliyin mənasına görə inzibati məsuliyyətə cəlb olunması üçün şəxs İXM-in xüsusi hissəsində nəzərdə tutulmuş xətanın bütün əlamətlərini daşıyan hüquqazidd əməli təqsirli törətmiş olmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, borclunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakların müəyyən edilməsi ilə bağlı aidiyyəti təşkilatlara sorğular verilsə də həmin sorğulara müvafiq cavab (borclunun mülkiyyətində olan daşınar əmlakın olub-olmaması) verilmədən borclu barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, borclunun daimi iş yeri və aylıq qazancı olmasına baxmayaraq, icra vərəqələri ilə tutulmuş məbləğin onun aylıq qazancına yönəldilməsi istiqmətində icra məmuru tərəfindən heç bir icra hərəkətləri edilməmişdir. Bununla da icra məmuru tərəfindən icra hərəkətlərinin ardıcıllığı prinsipi pozulmuşdur. Məhkəmə iclası zamanı icra məmuru tərəfindən icra vərəqələri ilə tutulmuş məbləğin onun aylıq qazancına yönəldilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1989-cu il tarixdə Qazıməmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 №li yataqxanada qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar