Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2553/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İnzibati tənbehvermə barədə qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Bakı şəhər X7 İdarəsinin İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X7 İdarəsinin İXP seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 18:54 radələrində Qala yolunda hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, avtomaşın yolun hərəkət hissəsindən kənarlaşdırılaraq Xəzər rayon ərazisində duracağa yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində X3 barəsində İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmasına dair protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixində DYPİ-nin polis leytenantı X5 tərəfindən X3 barəsində İXM-nin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın üzərində xx.xx.2025-ci il tarixində DİN DYP WEB portalından çap edilərək X2 rəsmən təqdim edilmişdir və qərardan 20 gün müddətində məhkəməyə şikayətə verilə bilər. X3 xx.xx.2025-ci il tarixində poçt vasitəsi ilə Xəzər rayon məhkəməsinə şikayət vermişdir. Xəzər Rayon Məhkəməsi hesab edir ki, bu qərardan 10 gün müddətində şikayət verilməi idi, buna görə də iş materiallarını geri qaytarmışdır. X3 TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan təkrarən məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsində qeyd edir ki, DYP əməkdaşı bu maddəni ona tətbiq edərkən heç bir sübut ortaya qoya bilməmişdir. DYP əməkdaşı hesab edir ki, onun idarə etdiyi Ford Tranzit yük maşınının yük hissəsində içəridə yüklərin təhlükəsiz daşınması üçün quraşdırılmış rəflər qanunsuz avadanlıqlardır. X3 qeyd edir ki, yük yerində rəf qoymaq və ya quraşdırmaq, orada şüşə qab daşımaq üçün nəsə ayrı bir şey qoyulması ilə yük yerində uyğun dəyişikliklər etmişdir. Bu dəyişiklərlə heç bir normativ tələbi pozmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında X3, xx.xx.2025-ci il tarixində saat 11:18-də Qala yolu ərazisində X8 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avandanlığın quraşdırlıması səbəbindən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmiş və məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Məhkəmə hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair material üzrə Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, verilmiş şikayət ərizəsində və hazırda məhkəmə iclasında X3 özünü təqsirli bilməyərək, qərarla razılaşmadığını, heç bir inzibati xətaya yol vermədiyini bildirmişdir. Bunun əksini iddia edən səlahiyyətli orqanın nümayəndəsi şikayətçi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini əks etdirən əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, şikayət əsaslı hesab edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər X7 İdarəsinin İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-2553/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2553/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver