Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2565/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Kürdəmir rayonunun Böyük- Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Vətən Müharibəsi iştirakçısı, himayəsində iki azyaşlı uşağı olan, Kürdəmir rayonunun Böyük-Kəngərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində **-TH-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobil işıq cihazlarından istifadə qaydasını pozduğuna görə saxlanılmış və baxış zamanı avtomobildə konstruktiv dəyişikliyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən sürücüyə avtomobilin duracağa aparılması bildirilsə də, Şəxs polisin qanuni tələblərini yerinə yetirməyib avtomobilun açarını təqdim etməmişdir. Daha sonra avtomobilin duracağa aparılmasını təmin etmək məqsədilə ünvana evakuator cəlb edilmiş və Post-Patrul Xidmətinin əməkdaşları dəvət olunaraq Şəxs 3-cü Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində özünə məxsus “Daewoo Gentra” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman X6 əməkdaşı avtomobili saxlatdıraraq, avtomobildə konstruktiv dəyişikliyin edildiyini və bu səbəbdən duracağa getməli olduğunu bildirmişdir. Şəxs isə avtomobili satdığını və pozuntunun yerində aradan qaldırılmasını təklif etsə də, polis əməkdaşı bu fikirlə razılaşmamış və avtomobili evakuator vasitəsilə duracağa aparılmışdır. Törətdiyi əməlindən peşmandır, himyəsində iki azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Kəlbəcər, Laçın və Suqovuşanın azad edilməsinə görə medallarla təltif edilməsini nəzərə alaraq barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati qaydada tutma haqqında 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:53-də tutulmuş, həmin gün saat 22:53-də azad edilmişdir. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs DYPİ və Post Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İXM-nin müddəalarına görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4-1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, himyəsində iki azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Kəlbəcər, Laçın və Suqovuşanın azad edilməsinə görə medallarla təltif edilməsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 30.2, 31.4-1, 34.3, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs inzibati qaydada tutulması nəzərə alınsın, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(003)-2565/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2565/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver